Bu nömrəyə müraciət edin
ƏLAQƏ NÖMRƏSİ : +994 (12) 530 82 95
Mob: :+994 (50) 250 1415

Təlim və tədris mühitinin yaradılması

Təlim haqqında

Hər il tədris müəssisələrinə çox sayda uşaq/şagird/tələbə qədəm qoyur. Hər bir tədris müəssisəsinin birinci ili uşaq/şagird/tələbələrin kollektivə adaptasiya olunması, psixofiziki adaptasiya dövrüdür.

Sosial vəziyyətin, statusun, həmçinin aparıcı fəaliyyətin dəyişməsi ilə əlaqədar olan sistematik təhsil sisteminin məktəbdəki başlanğıcı, uşaq/şagird/tələbənin təhsil müəssisəsinə tam psixoloji hazırlığını tələb edir.

Müasir təhsil müəssisəsi elə bir yerdir ki, uşaq/şagird/tələbələr orada hər bir kəslə qarşılıqlı münasibətdə təcrübə toplayır və bu təcrübə gələcək həyatlarının inkişaf mərhələlərində mühüm əhəmiyyət kəsb edir.

Hər bir uşaq/şagird/tələbə ilk gündən komfortlu inkişafetdirici mühit əhatə etməlidir ki, uşaq/şagird/tələbə bu mühitdə öz keyfiyyətlərini üzə çıxara bilsin. Bu çox vacib amillərdən biridir.

Uşaq/şagird/tələbənin inkişafı tədris mühitindən çox asılıdır. Burada hər şey – divarların rəngi, mebel, fəaliyyət və ya təcrübə sahələri və s. mühüm əhəmiyyət kəsb edir. Ona görə də mühit uşaq/şagird/tələbənin inkişafında vacib rol oynayır.

Təlimdən gözlənən nəticə

          Müdavimlər:

  1. Təlim və tədris mühiti yaradılmasının yollarını şərh edəcək, inkişafetdirici mühitin növlərini: əşyavi mühit, informasiya mühiti, sosial-psixoloji mühit haqqında bilkilərini xatırlayacaq, praktik olaraq nümunələrində təqdim edəcəklər.
  2. İnkişafetdirici təlim və tədris mühitinin prinsiplərini izah edəcəklər.

    Təlimdən sonra nələri öyrənəcəksiniz?

  1. Müasir dərsə verilən tələbləri biləcəksiniz;
  2. Ttəlim və tədris mühitinin modellərini yaradacaqsınız;
  3. İnkişafetdirici təlim və tədris mühitinin prinsiplərini praktik olaraq tətbiq edəcəksiniz;
  4. İnkişafetdirici  təlim və tədris mühitini öz nümunənizdə nümayiş etdirəcəksiniz.

Təlimdə əldə etdiyiniz bilik və bacarıqlarınızı əks etdirən sertifikat

TİPİİ və İTE-nin birgə serfikatı:

  1. Rəsmi olaraq təsdiq olunmuş
    Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun sertifikatı sizə karyeranızda irəli getmək üçün vacib olan kredit sayını rəsmi olaraq təsdiq edəcək.

  2. SV-nizi fərqləndirir
    Sertifikatı SV-nizdə qeyd edərək başqa namizədlərdən seçilə bilərsiniz. 

  3. Kursu bitirmək üçün sizdə motivasiya yaradır
    Daha bir kursu bitirmək üçün özünüzə stimul verə biləcəksiniz.





 

36 akademik saat

7 gün (gündə 4 saat)

6

Əyani

Azərbaycan

Bakı, Azərbaycan

70 AZN

orta məktəb, pedaqoji kollec, pedaqoji ali məktəb müəllimləri