Bu nömrəyə müraciət edin
ƏLAQƏ NÖMRƏSİ : +994 (12) 530 82 95
Mob: :+994 (50) 250 1415

Fənn kurikulumlarının tətbiqi

Təlim haqqında

Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası - Kurikulumu konseptual xarakterli çərçivə sənədi olub ümumi təhsil üzrə təlim

nəticələrini və məzmun standartlarını, ümumi təhsilin hər bir pilləsində nəzərdə tutulan fənləri, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə əsas prinsipləri, fənn kurikulumlarının strukturunu əhatə edir.

Milli Kurikulum ictimai-siyasi, mədəni və sosial həyatın qloballaşdığı və universallaşdığı, informasiya-kommunikasiya texnologiyalarının rolunun artdığı, rəqabətin gücləndiyi müasir dövrdə hər bir şəxsin istedad və qabiliyyətinin müstəsna əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq, müstəqil qərarlar qəbul etməsi üçün onun zəruri təhsil səviyyəsinə və bacarıqlara malik olmasına, cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan insanın formalaşdırılmasına və problemlərin həllinə yönəlmişdir.

Təlimdən gözlənən nəticə

Müdavimlər:

  1. Yeni fənn kurikulumlarının struktur və məzmunu ilə tanış olacaqlar;
  2. Yeni fənn kurikulumlarında təlim strategiyalarının tətbiqi yollarını araşdıracaqlar;
  3. Fəal təlim, fəal təlim üsulları vasitəsilə dərsin təşkili yollarının tətbiqi üzrə nümunələr nümayiş etdirəcəklər;
  4. Təhsil sistemində yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi və onlardan düzgün istifadə bacarığına yiyələnəcəklər;
  5. Yeni dərsliklər və əlavə resurslardan istifadə bacarıqlarını nümayiş etdirəcəklər;
  6. Təlimdə əldə etdikləri bilik və bacarıqlar üzrə nümunəvi dərslər hazırlayacaqlar.

Təlimdə əldə etdiyiniz bilik və bacarıqlarınızı əks etdirən sertifikat

TİPİİ və İTE-nin birgə serfikatı:

  1. Rəsmi olaraq təsdiq olunmuş
    Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun sertifikatı sizə karyeranızda irəli getmək üçün vacib olan kredit sayını rəsmi olaraq təsdiq edəcək.

  2. SV-nizi fərqləndirir
    Sertifikatı SV-nizdə qeyd edərək başqa namizədlərdən seçilə bilərsiniz. 

  3. Kursu bitirmək üçün sizdə motivasiya yaradır
    Daha bir kursu bitirmək üçün özünüzə stimul verə biləcəksiniz.





 

 

48 akademik saat

12 gün (gündə 4 saat)

8

Əyani

Azərbaycan

Bakı, Azərbaycan

110 AZN

orta məktəb, pedaqoji kollec, pedaqoji ali məktəb müəllimləri