Bu nömrəyə müraciət edin
ƏLAQƏ NÖMRƏSİ : +994 (12) 530 82 95
Mob: :+994 (50) 250 1415
ITE 'Microsoft' şirkətinin rəsmi qlobal təlim tərəfdaşı oldu.
17/05/2021
ITE Azerbaijan Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi Azərbaycanda təhsilin innovativ inkişafı istiqamətində daha bir beynəlxalq uğura imza atdı. Belə ki, Microsoft şirkəti İTE-nin təhsil profili üzrə özünün rəsmi qlobal təlim tərəfdaşı kimi qeydiyyatını təsdiqlədi.
Uzun müddətdir ki, Azərbaycanda müəllimlərin İKT savadlılığının artırılması və təhsildə İKT-nin tətbiqi istiqamətlərində İTE və "Microsoft" şirkəti əməkdaşlıq edir. Bu əməkdaşlıqlar çərçivəsində minlərlə müəllimin təkmilləşdirilməsi və mütərəqqi bilik və bacarıqlara yiyənləməsinə nail olunmuşdur. Bu tərəfdaşlıq öyrənmək üçün texnoloji imkanlardan səmərəli istifadəni artırmağı hədəfləyir və müəllim, həmçinin təhsil liderlərinin təlim tərəfdaşları və təhsil konsultantları ilə əlaqəsini təmin etmək məqsədi daşıyır.
Ona görə də sözügedən tərəfdaşlıq istiqamətində təhsilverənlərə ixtisasartırma təlimləri verilməsi ilə yanaşı, onların texnoloji vasitələrdən istifadə bacarıqları da inkişaf etdirilir.
Qeyd edək ki, ITE tərəfdaşlıq çərçivəsində 2 kateqoriya üzrə nişan almışdır: "Qlobal təlim tərəfdaş" proqramı iştirakçısı və "Minecraft Qlobal" təlim tərəfdaşı.
Xatırladaq ki, 2012-ci ildə təsis edilmiş Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi təhsilverənlərin və təhsil sahəsinin liderlərinin potensialının gücləndirilməsi, öyrətmə və öyrənmə prosesinin inkişafı, təhsilin yeni paradiqmalar və yenilikçi strategiyalar əsasında formalaşmasına dəstək verir.

https://www.microsoft.com/en-us/education/partners/showpartnersdetails.aspx?id=2077001&i=false&t=1&p=1&ps=24&fbclid=IwAR2SJa_Z-wzBvVMM8n71m7I90UjidtK2BlzKequiRlwFQBvVL2JrSVV4a6I