Sual-cavab

Bu bölmədə istifadəçilərin tez-tez ünvanladığı suallar və onların ətraflı izahı göstərilib. Sizi maraqlandıran sualların cavabını buradan da əldə edə bilərsiniz.

Ümumi suallar

Təlim mərkəzinin ünvanı:
Süleyman Rəhimov küçəsi 179, A
"Avenyu Viraj" biznes mərkəzi, 3-cü mərtəbə (keçmiş “Jalə Plaza”)
Bakı, Azərbaycan AZ1014

Əgər siz İTE əlavə təhsil mərkəzi tərəfindən keçirilən və dövlət hesabına təşkil olunan pulsuz təlimlərdə iştirak etmisinizsə, yekun nəticələriniz və sertifikatlarınız müvafiq rayon təhsil idarələri və Bakı Şəhər Təhsil İdarəsi tərəfindən verilir. Odur ki, sertifikatla bağlı bütün müraciətlər həmin qurumlara ünvanlanmalıdır.

Əgər sizin işlədiyiniz təhsil müəssisəsində hər hansı bir təlim üzrə orta hesabla 15 və daha çox nəfərlik qrup yığılarsa, o halda, təlim, iştirakçıların ümumi razılığı ilə istənilən təhsil müəssisəsində və istənilən tarixdə təşkil oluna bilər.

Təlimlərimiz üçün ödəniş həm nağd, həm də onlayn şəkildə edilə bilər. Hər iki ödəniş metodu üçün aşağıdakı linkdən ətraflı məlumat əldə edə bilərsiniz.

İTE əlavə təhsil mərkəzinin təklif etdiyi təlimlərdə iştirak etməyin 3 yolu var:

1 - Təlim mərkəzinə zəng etməklə: +994 (55) 505 53 30; +994 (12) 404 85 56

2 - Təlim mərkəzinə gəlməklə: Ünvan: Süleyman Rəhimov küçəsi 179, A "Avenyu Viraj" biznes mərkəzi, 3-cü mərtəbə (keçmiş “Jalə Plaza”) Bakı, Azərbaycan AZ1014

3 - Onlayn qeydiyyatdan keçmək və ya birbaşa onlayn ödəniş etməklə. Onlayn qeydiyyatdan keçməklə siz təlimdə iştirak etmək istəyinizi bildirmiş olursunuz və təlim mərkəzinin əməkdaşları sizinlə əlaqə saxlayıb ətraflı məlumat verirlər. Təlim üçün onlayn ödəniş etməklə, siz, təlimə müraciət etmək və qeydə alınmaq prosesini tam bitirmiş olursunuz. Onlayn qeydiyyat və ödəniş üçün aşağıdakı linkə daxil ola bilərsiniz.