Sosial Cavabdehlik


 

Sosial məsuliyyətimiz

ITE əlavə təhsil mərkəzi fəaliyyət göstərdiyi cəmiyyət, o cümlədən tərəfdaşları qarşısında sosial məsuliyyətini dərk edir və əsas fəaliyyəti ilə yanaşı fərdlərə və cəmiyyətə faydalı olmağa çalışır.

Azərbaycanın aparıcı əlavə təhsil mərkəzlərindən biri olan ITE hər bir təşkilatın cəmiyyətə töhfə verən, faydalı sosial tərəfdaş olmasının zəruriliyinə inanır və xarici mütəxəssislərin iştirakı ilə seminarlar, dəyirmi masalar və digər sosial yönümlü tədbirlər təşkil etməklə bu inamı dəstəkləyir.

İTE-nin ən vacib resursu olan insan resursları mərkəzimizin idarəetmə strategiyasının əsas dayağıdır.

Tərəfdaşlarımız, bizim simamız olan təlimçilərimiz, ITE əməkdaşları bizim üçün ən dəyərli resursdur

ITE fəaliyyətində öz Davranış Kodeksini rəhbər tutur. Bu Kodeksin əsas prinsipi yerinə yetirdiyimiz hər bir işdə dürüstlük və yüksək etik normalara riayət etməkdir. ITEnin hər bir əməkdaşı gündəlik fəaliyyətində Kodeksdə nəzərdə tutulmuş davranışları sərgiləməlidir.

ITE əlavə təhsil mərkəzi olaraq biz öz işimizdə başlıca korporativ dəyərləri rəhbər tuturuq:

  • məsuliyyətli olmaq
  • innovasiyaya üstünlük vermək
  • düzgünlük
  • tərəfdaşların davamlı inkişafına töhfə vermək
  • tam şəffaf fəaliyyət
  • sorğuları vaxtında cavablandırmaq
  • ədalətli davranış sərgiləmək
  • hamı üçün bərabər imkanlar yaratmaq
  • ictimaiyyətə fəaliyyətimiz barədə məlumatlar açıqlamaq
  • qanunvericilikdə təsbit olunmuş normalara riayət
  • etik dəyərlərə sadiqlik.