Aygün Qəndilova Vaqif q.

Aygün Qəndilova - Direktor

Aygün Qəndilova Qərb Universitetinin məzunudur. O, ABŞ-da Vaşinqton Universitetində (Washington University) Sosial İş üzrə magistr dərəcəsi almış (MSW), idarəçilik və menecment sahəsində 10 illik iş təcrübəsinə malikdir. Aygün xanım yerli və beynəlxalq şirkətlərdə işlədiyi dövrdə menecment və idarəçilik sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. Aygün Qəndilova 2015-ci ilin fevral ayında “İTE-Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzinə proqram şöbəsinin direktoru vəzifəsinə təyin olunmuş, 2015-ci ilin sentyabr ayında isə təhsil mərkəzinin direktoru vəzifəsinə yüksəlmişdir.