Cəmalə Əhmədova Çərkəz q.

Cəmalə Əhmədova - Kadrlar üzrə menecer/Keyfiyyətin idarəedilməsi sistemi üzrə menecer

Cəmalə Əhmədova idarəetmə və kadrlarla iş üzrə 15 illik peşəkar təcrübəyə malikdir. Uzun müddət “Mədəd Azərbaycan” təşkilatında və digər şirkətlərdə fəaliyyət göstərən Cəmalə Əhmədova 2015-ci ildən etibarən "İTE - Təhsildə İnnovativ Texnologiyalar" əlavə təhsil mərkəzində insan resursları üzrə menecer vəzifəsində çalışır. İSO standartları üzrə çoxsaylı təlimlərin fəal iştirakçısı olan Cəmalə xanımın, İTE əlavə təhsil mərkəzindəki əsas öhdəlikləri şirkətin kadr potensialının gücləndirilməsi və fəaliyyətin qiymətləndirilməsi, həmçinin sənədləşmə işlərinə və keyfiyyətə nəzarətdir.