Nilüfər Dəmirzadə Azər q.

Nilüfər Dəmirzadə - Proqram üzrə koordinator

Nilüfər Dəmirzadə, "İTE-Təhsildə İnnovativ Texnologiyalar" əlavə təhsil mərkəzinin gənc heyət üzvü olmasına baxmayaraq, təhsil sahəsində 5 ildən çox peşəkar təcrübəyə malikdir. Fəaliyyətinə biznes təhsili sahəsində dünyanın ən böyük qeyri-hökumət təşkilatı olan Junior Achievement-in Azərbaycan üzrə nümayəndəliyində başlamışdır. Fəaliyyəti ərzində, BP, Pasha Bank, Bakcell, USAİD, Deloitte və digər tanınmış xarici və yerli şirkətlərin dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq gənc nəslin işə hazırlıq və sahibkarlıq layihələrini icra etmişdir. Hazırda onun İTE əlavə təhsil mərkəzində əsas fəaliyyət istiqaməti Təhsil Nazirliyi, Avropa İttifaqı, UNESCO, İntel və Microsoft korporasiyaları, British Council, həmçinin digər yerli və beynəlxalq qurumlarla əməkdaşlıq layihələrinin əlaqələndirilməsi və idarə edilməsidir. Gələcəyini təhsil sektorunda görən Nilüfərin əsas maraqları təhsil siyasəti, təhsildə innovasiya və müasir texnologiyalar, həmçinin təhsilin inkişafında özəl sektorun roludur.

Sevdiyi sitat: "Dünyada elə bir təhsil sistemi yoxdur ki, o öz müəllimlərindən yaxşı olsun. Müəllimlər təhsil sisteminin əsasıdır." Ser Ken Robinson.