İsmayılova Təranə Aqil

İsmayılova Təranə - "İntel Gələcək üçün Təhsil - 10-cu versiya" təlimi üzrə təlimçi

İsmayılova Təranə Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunudur. O, ilk əmək fəaliyyətinə məktəbdə informatika müəllimi vəzifəsi ilə başlamışdır. 2012-ci ildən məktəbdə informatika fənnindən metodbirləşmə rəhbəri işləyir. 2014-cü il bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmişdir. 2015-2016-cı illərdə jurnal və qəzetlərdə təhsillə bağlı məqalələri dərc olunmuş, həmçinin ekspert kimi çıxış etmışdir. Şagirdləri respublika miqyasında təşkil edilmiş "İnformatika Layihə Olimpiadası"nda dəfələrlə iştirak etmiş və 2013-cü ildə ikinci yerə layiq görülərək 4 gümüş medalla, 2015-ci ildə isə üçüncü yerə layiq görülərək bürünc medalla təltif olunmuşlar. 2016-cı ildən “İntel Gələcək üçün Təhsil 10-cu versiya” təlimi üzrə “İTE-Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzində təlimçi vəzifəsində işləyir.

Sevdiyi Sitat: ”
Biz bir dəfə işimizə yarayan şeyi hər dəfə təkrar edə bilmərik, çünki ətrafınızda olan hər şey daim dəyişir. Uğura nail olmaq üçün isə biz bu dəyişikliyin hər zaman önündə olmalıyıq”  Sem Ualton