Nağıyev Şahin Hamil

Nağıyev Şahin Hamil - İKT və kurikulum istiqamətləri üzrə təlimçi

Nağıyev Şahin Hamil oğlu 1995-ci ildə Azərbaycan Dövlət Dillər Universitetini bitirmiş və elə həmin ildən indiyədək Şirvan şəhərində pedaqoji fəaliyyət göstərməkdədir. Məktəbdə ingilis dili müəlimi, direktor, direktor müavini kimi fəaliyyət göstərib. İşlədiyi müddətdə daima təhsil islahatları ilə ayaqlaşmağa çalışan Şahin Nağıyev, pedaqoji fəaliyyəti dövründə Dünya Bankının həyata keçirdiyi ”Məktəb Qrant” layihəsində 2 dəfə qalib olmuşdur. Bundan əlavə o, ABŞ Sülh korpusunun Bakı ofisinin həyata keçirdiyi  “Layihə metodikası”  layihələrində də 2 dəfə ən yüksək yerə layiq görülmüş, 2006-cı ildə “Məktəb təkmilləşdirilməsi” layihəsinin qalibi olduğu üçün Litvanın bir neçə şəhər və rayonunda pedaqoji təcrübədə olmuşdur. 2008-ci ildən “Mədəd Azərbaycan” təşkilatında müxtəlif istiqamətlər üzrə təlimçi, eləcə də Respublikanın müxtəlif bölgələrində “Yeni Ümumi Orta Təhsil Fənn Kurikulumu” üzrə təlimçi və koordinator kimi çalışmışdır. Hazırda “İTE - Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzində İKT və kurikulum istiqamətləri üzrə təlimçi kimi fəaliyyət göstərməkdədir. 

Sevdiyi sitat: ”Əgər siz bir şey öyrənmək istəyirsinizsə, onlardan gündəlik həyatda istifadə edin” Deyl Karnegi