Həsrətov Alqış Kamal

Həsrətov Alqış Kamal -  İKT və kurikulum istiqamətləri üzrə təlimçi

Bakalavr və magistr təhsilinə malik Alqış Həsrətov ilk fəaliyyətə tarix müəllimi kimi Qax rayonu Qorağan kənd tam orta məktəbində başlamışdır. “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş Alqış Həsrətov təhsil sahəsində 11, təlimçi kimi 6 illik pedoqoji təcrübəyə malikdir. Alqış Həsrətov 2010-cu ildən təlimçi kimi fəaliyyətə başlasa da bu gün "İTE - Təhsildə İnnovativ Texnologiyalar" əlavə təhsil mərkəzində kurikulum və İKT-nin təhsilə tətbiqi üzrə ayrı-ayrı layihələrdə baş təlimçi, koordinator və ekspert kimi fəaliyyət göstərir. O, həmçinin, bir çox təlim vəsaitlərinin də müəllifidir. Təşkilatın mənafeyini daim öndə tutan Alqış Həsrətov yeni təlimçi heyətinin yetişdirilməsində iştirak etməklə bərabər, layihələrin təkmilləşdirilməsinə töhfələr də verməkdədir.
Devizi: Daim İrəli !


Alqış Həsrətov ilə baş tutan maraqlı müsahibəmizi bu linkdən oxuya bilərsiniz: Bu dəyərlər artıq mənim canıma hopub