Rəsulova Səbinə Əlibala

Rəsulova Səbinə Əlibala - İKT və kurikulum istiqamətləri üzrə təlimçi

Rəsulova Səbinə Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya fakultəsinin Bakalavr  Ixtisas dərəcəsini, Odlar Yurdu Universitetinin Biologiya fənninin tədrisi metodikası və metodologiyası fakultəsinin magistr ixtisas dərəcəsini bitirmişdir. Təhsilini təkmilləşdirmə məqsədi ilə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və “Первое сентября” Pedaqoji Universitetinin Təhsil Proqramı üzrə “İnformasiya mədəniyyəti və Biologiya dərslərində Komputer” ixtisasartırma kursunu distant olaraq bitirmişdir.  16 il pedaqoji, 10 il isə təlimçilik stajına malikdir.Səbinə Rəsulova  2010-2015-ci illərdə iki dəfə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi seçilmiş. 2012ci ildə isə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. 

“Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin Baş təlimçisidir, İKT-nin təhsilə tətbiqi üzrə ayrı-ayrı layihələrdə təlimçi kimi və yeni təlimçi heyətinin yetişdirilməsində iştirak edərək, layihələrin təkmilləşdirilməsinə töhfələr də verməkdədir.  Hazırda Təhsil Nazirliyinin və “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin dəstəyi ilə müəllifi olduğu “Ailə akademiyası” layihəsi Sabunçu və Xəzər rayonlarının  məktəblərində həyata keçirilir.

Sevdiyi Sitat: Öyrənmək çaya əks olaraq üzməyə bənzəyir, əgər siz irəli üzməsəniz, geridə qalarsınız və çay sizi aparar, boğularsınız. Mümin Sekman