Əliyeva Rüxsarə  Ələsgər

 Rüxsarə  Əliyeva - İKT və “İntel gələcək üçün Təhsil” istiqamətləri üzrə təlimçi

Rüxsarə  Əliyeva, 2002-ci ildə Sumqayıt  Dövlət Universitetinin “Kompyuter mühəndisliyi” fakultəsinin “ Riyaziyyat və İnformatika” ixtisasını bitirərək ilk əmək fəaliyyətinə Sumqayıt şəhər 26 nömrəli tam orta  məktəbdə riyaziyyat informatika  müəllimi kimi başlamışdır.Fəaliyyət göstərdiyi illərdə  şagirdlərin təlim- tərbiyəsində  əldə etdiyi nailiyyətlərə  və məktəbin ictimai həyatında  fəal iştirakına görə  Sumqayıt Şəhər Təhsil Şöbəsi və məktəb direktoru tərəfindən fəxri fərmanla  təltif  olunmuşdur.2006-cı ildə Azərbaycan Müəllimlər İnstitunda “ İnformatika – Təhsilin komputerləşməsi” üzrə ixtisasını artırmışdır.12 illik pedaqoji təcrübəyə malik olan Rüxsarə Əliyeva , müxtəlif  ölkədaxili təlimlərdə iştirak etmiş  və  təlimləri  müvəffəqiyyətlə  bitirərək diplom və sertifikatlara  layiq  görülmuşdür.2008-ci ildən Mədəd Azərbaycan təşkilatında təlimçi vəzifəsində  fəaliyyət göstərən Rüxsarə Əliyeva müxtəlif dövlət layihələri çərçivəsində inzibati və pedaqoji heyət üçün İKT üzrə,”İntel gələcək üçün Təhsil”, “ 1 şagird 1 komputer” , “ Elektron məktəb” , MTMB və bir çox layihələr üzrə  təlimlər keçmişdir.2016-cı il may- iyul aylarında Təhsil  Nazirliyinin  video dərslər layihəsi çərçivəsində  keçirilən  “Video dərslərin çəkilişi üçün müəllimlərin seçim mərhələsindən”  uğurla keçmişdir.

Sevdiyi sitat:“Qaranlığı  lənətləməkdənsə , bir şam yandırın” Eleanor Ruzvel