Mentor

      “İxtisasartırma xidmətindən keçmiş müəllim və inzibati-idarəetmə həyətinin İKT-nin tədrisdə tətbiqi üzrə stajkeçmə xidməti” layihəsi çərçivəsində mentorluq fəaliyyəti göstərmək istəyən müəllim və məktəb rəhbərlərinin nəzərinə

 “ITE - Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi

“İxtisasartırma xidmətindən keçmiş müəllim və inzibati-idarəetmə həyətinin İKT-nin tədrisdə tətbiqi üzrə stajkeçmə xidməti” layihəsi çərçivəsində mentorluq fəaliyyəti göstərmək istəyən müəllim və məktəb rəhbərlərinin nəzərinə:

Elan

“İTE-Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində  ümumi təhsil məktəblərində müxtəlif məzmunlu İKT təlimlərindən keçmiş müəllimlər və inzibati-idarəetmə həyəti üzvlərinə İKT-nin təhsilə tətbiqi və peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi istiqamətində mentorluq xidmətləri göstəriləcək.

Xidmətin məqsədi:

Pedaqoji heyətin peşəkarlığının inkişafına və təkmilləşdirilməsinə dəstək göstərəcək mentorlar:

·         təhsil müəssisələrindəki və məktəblərdəki real vəziyyəti qiymətləndirəcək;

·         mentorluq dəstəyi göstəriləcək müəllimləri və inzibati heyəti müəyyən edəcək;

·         pedaqoji heyətin peşəkarlığının inkişafına və təkmilləşdirilməsinə dəstək göstərmək istiqamətində məqsədləri müəyyən edəcək;

·         əyani və distant dəstək göstərməklə pedaqoji heyətin təkmilləşmə prosesini təşkil və müşahidə edəcək;

·         mentorluq dəstəyi göstəriləcək hər bir müəllim və inzibati heyət üzvü üçün fərdi inkişaf planını tərtib edəcək;

·         pedaqoji heyətin fəaliyyətinin təkmilləşmə prosesini təhlil edəcək;

·         pedaqoji heyətin fəaliyyətinin təkmilləşmə prosesini qiymətləndirmək kimi fəaliyyətləri həyata keçirəcəklər.

 

Bu məqsədlə  “İTE-Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən ümumi təhsil məktəblərində müxtəlif İKT təlimlərindən keçmiş müəllimlər və inzibati-idarəetmə həyəti üzvlərinə həm pedaqoji, həm də tədris prosesində təhsil texnologiyalarının tətbiqi üzrə dəstək göstərə biləcək peşəkar mentorlar hazırlanır. Mentorların seçimi aşağıdakı mərhələlərlə aparılacaq:

·         Elan üzrə elektron müraciət (CV);

·         Namizədlərin bilik və bacarıqlarının yoxlanması:

§  İKT üzrə bilik və bacarıqlarının yoxlanması;

§  Metodika üzrə bilik və bacarıqlarının yoxlanması;

§  Sadə məntiqi biliklərinin yoxlanması;

·         Müsahibə;

·         Mentorluğa namizədlər üçün İKT təlimləri;

·         Mentorluq bacarıqları üzrə təlim.

 

Namizədlər üçün tələblər:

-          Pedaqoji ali təhsil

-          Pedaqoji sahədə minimum 3(üç) illik iş təcrübəsi

-          İKT-dən sərbəst istifadə bacarığı (MS Office paketi, Veb 2 alətləri, Promethean lövhə)

-          Kurikulum tətbiqi üzrə nəzəri və praktik bacarığı

-          Liderlik bacarığı

-          Kommunikativ bacarıqları

-          Yüksək motivasiya

-          Səmərəli qərar qəbuletmə bacarığı

-          Nəticəyönümlülük

-          Məntiqi düşüncə bacarığı

 

İştirak etmək istəyənlər aşağıda yerləşdirilən “Namizəd barədə məlumat vərəqi”- ni doldurub 27 avqust 2018-ci il tarixinə qədər bizim elektron ünvana - hr@ite.az göndərməlidirlər:

Sənədlər