Təlimçi

“Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi “Elektron resurslardan istifadə etməklə inteqrativ tapşırıqların hazırlanması metodikası” üzrə təlimçi seçimi elan edir.

Elektron resurslardan istifadə etməklə inteqrativ tapşırıqların hazırlanması metodikası ” üzrə təlimçi seçimi üçün elan

 

“Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi “Elektron resurslardan istifadə etməklə inteqrativ tapşırıqların hazırlanması metodikası” üzrə təlimçi seçimi elan edir.

Seçim haqqında qısa məlumat:

Məqsəd: Respublikanın ümumi təhsil müəssisələrində dərs deyən riyaziyyat, kimya, fizika, biologiya və coğrafiya fənn müəllimlərinə elektron resurslardan istifadə etməklə inteqrativ tapşırıqların hazırlanması metodikaları üzrə təlim keçəcək təlimçilərin hazırlanmasıdır.

Təlim dili: Azərbaycan dili

Təlimçilərin seçimi aşağıdakı mərhələlərlə aparılacaq:

·         Elan üzrə elektron müraciət (CV);

·         IKT üzrə qiymətləndirmə

·         İxtisas üzrə qiymətləndirmə

·         Müsahibə;

·         Təlimçi təlimləri;

Namizədlər üçün tələblər:

-          Pedaqoji ali təhsil

-          Pedaqoji sahədə minimum 3(üç) illik iş təcrübəsi

-          İKT-dən sərbəst istifadə bacarığı (MS Office paketi, Veb 2 alətləri, Promethean lövhə)

-          Kurikulum tətbiqi üzrə nəzəri və praktik bacarığı

-          Liderlik bacarığı

-          Kommunikativ bacarıqları

-          Yüksək motivasiya

-          Səmərəli qərar qəbuletmə bacarığı

-          Nəticəyönümlülük

-          Məntiqi düşüncə bacarığı

-          Ünsiyyətcil, təşəbbüskar, məsuliyyətli

-          Əməkdaşlıq bacarığı

-          Fasilitasiya bacarığı

 

Qeyd: Təlimçi namizədlərin seçim mərhələsinə 30 avqust 2018-ci il tarixindən başlanılacaq. Seçim riyaziyyat, kimya, fizika, biologiya və coğrafiya fənn müəllimləri arasında aparılacaq. İKT və ixtisas üzrə qiymətləndirmə və müsahibə mərhələsini uğurla keçən namizədlər 4 saat olmaq 15 gün müddətinə təlimçi təlimlərinə cəlb olunacaq.

İştirak etmək istəyənlər aşağıda yerləşdirilən “Namizəd barədə məlumat vərəqi”- ni doldurub 30 avqust 2018-ci il tarixinə qədər bizim elektron ünvana - hr@ite.az göndərməlidirlər:


Sənədlər