Niyə İTE?


 

Niyə ITE?

ITE əlavə təhsil mərkəzinə müraciət etməyiniz üçün üç başlıca səbəb vardır.

  1. Böyük və peşəkar təlimçi bazası. ITE Azərbaycanda 100-dən çox peşəkar təlimçinin daxil olduğu geniş şəbəkə bazasında fəaliyyət göstərən təhsil mərkəzidir. Bütün ITE təlimçiləri pedaqoji təcrübəyə və müvafiq sertifikatlara malikdirlər. ITE-nin təlimçi şəbəkəsi Azərbaycanın bütün rayonlarını əhatə edir. Bu üstünlüyümüz bizə əlavə təhsil xidmətlərini əlçatan və yüksək səviyyədə təşkil etməyə imkan verir.
  2. Beynəlxalq təcrübə və yeni tədris texnologiyalardan istifadə. ITE Azərbaycan təhsil bazarında fəaliyyət göstərən, beynəlxalq təcrübə və yeni tədris texnologiyaları tətbiq edərək, təlim paketləri tərtib edən və peşəkar formatda təlimlər keçirən əlavə təhsil mərkəzidir.
  3. Aparıcı yerli və beynəlxalq qurumlarla əməkdaşlıq. "ITE" Azərbaycan Respublikası Təhsil Nazirliyi, Dünya Bankı, UNESCO, Microsoft, Intel kimi aparıcı yerli və beynəlxalq qurumlarla əməkdaşlıq edir.

Bizim təlimlərin nəticəsi olaraq, pedaqoji heyət əldə edəcəyi bacarıq və vərdişlər əsasında tədris prosesində aşağıda qeyd edilən dəyişikliklərə nail olur:

  • Tədris prosesinin fərdiləşdirilməsi
  • Şagirdlərin müstəqil fəaliyyətinin intensivləşdirilməsi
  • Şagirdlərə 21-ci əsr bacarıqlarının aşılanması, o cümlədən sərbəst düşünmək, problemləri həll etmək, kollektivdə işləmək, yeni ideyalar yaratmaq, informasiyadan, texnika və texnologiyadan düzgün istifadə vərdişlərinin formalaşdırılması
  • 21-ci əsrin tələblərinə uyğun dərslərin hazırlanması
  • Təhsildə informasiyanın və yeni təlim metodlarının İKT-nin tətbiqilə öyrədilməsi
  • Şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılması
  • Tədris prosesinin daha maraqlı, rəngarəng və intensiv olması
  • Müəllimlər üçün əlverişli və faydalı olan yeni təlim-tədris metod, texnika və üsulları araşdırmaq və tətbiq etmək imkanlarının yaradılması
  • Şagirdləri həvəsləndirmək, düzgün inkişafı üçün zəruri olan üsulların mənimsənilməsi
  • Müəllimlərin peşəkar inkişafı üçün imkanların yaradılması.