Ümumi orta təhsil səviyyəsində texniki və təbiət fənlərinin inteqrativ tədrisi metodikası üzrə təlimçi seçimi üçün elan

 

“Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi “Ümumi orta təhsil səviyyəsində texniki və təbiət fənlərinin inteqrativ tədrisi metodikası” üzrə təlimçi seçimi elan edir.



Seçim haqqında qısa məlumat:

Məqsəd: Bakı şəhərində ümumi orta təhsil səviyyəsində Azərbaycan və rus bölmələrində dərs deyən riyaziyyat, kimya, fizika, biologiya və coğrafiya fənn müəllimlərinə inteqrativ tədris metodikaları üzrə təlim keçəcək təlimçilərin hazırlanmasıdır.

Təlim dili: Azərbaycan dili

Təlimçilərin seçimi aşağıdakı mərhələlərlə aparılacaq:

·         Elan üzrə elektron müraciət (CV);

·         Müsahibə;

·         Təlimçi təlimləri;

 Namizədlər üçün tələblər:

-          Pedaqoji ali təhsil

-          Pedaqoji sahədə minimum 3 (üç) illik iş təcrübəsi

-          İKT-dən sərbəst istifadə bacarığı (MS Office paketi, Veb 2 alətləri, Promethean lövhə)

-          Tədris etdiyi fənnin məzmununu mükəmməl bilmək

-          Kurikulumun tətbiqi üzrə nəzəri və praktik bacarığı

-          Kommunikativ bacarıqları

-          Yüksək motivasiya

-          Məntiqi düşünmə bacarığı

-          Əməkdaşlıq bacarığı

-          Təşəbbüskar və məsuliyyətli

İştirak etmək istəyənlər CV-lərini 15 yanvar 2017-ci il tarixinə qədər aşağıdakı ünvana göndərməlidirlər:

“Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi: hr@ite.az
Əlavə məlumat üçün əlaqələr: Tel: (+99412) 530 82 95  Mob: (+99450) 250 14 15