"İT-də yeni mütəxəssislərin istiqamətləndirilməsi və inkişafı" mövzüsünda seminar

“Təhsildə İnnovativ Texnlogiyalar” Əlavə Təhsil Mərkəzi  23 iyun 2017-ci il,  saat 16:00-da şəbəkə texnologiyaları üzrə dünyanın ən nüfuzlu şirkəti olan "Cisco Şəbəkə Akademiyası" nın "İT-də yeni mütəxəssislərin istiqamətləndirilməsi və inkişafı" mövzusunda ödənişsiz seminar keçirəcək.

ITE Əlavə Təhsil Mərkəzinin nəzdində yaradılan Təlim Mərkəzində keçiriləcək seminar "Cisco Şəbəkə Akademiyası" informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını artırmaq istəyən və eyni zamanda bu sahəyə marağı olan şəxslər üçün nəzərdə tutulub.

Seminar aşağıdakı mövzuları əhatə edəcək:

·         CISCO Şəbəkə Akademiyası haqqında məlumat

·         CISCO Şəbəkə Akademiyasının təlim proqramlarının növləri

·         Sertifikatlaşma kateqoriyaları

·         İştirakçılara bitirdiyi kurs üzrə fəaliyyət göstərə biləcəyi sahələr

Xüsusilə vurğulayaq ki, seminar ITE Əlavə Təhsil Mərkəzinin mütəxəssisləri tərəfindən  keçiriləcək və iştirak edən şəxslərə karyera imkanlarını genişləndirmək haqqında məlumat veriləcək.

Aşağıda qeyd olunan link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz:

https://docs.google.com/forms/d/e/1FAIpQLScieaS_f7MVjipyKSfY4Ol-xqVo1Ni5S2XzC3n2L61OpC7UFQ/viewform

Seminarda iştirak etmək ÖDƏNİŞSİZDİR.

Son müraciət tarixi: 22 iyun

Məkan: Süleyman Rəhimov küçəsi 179, A "Avenyu Viraj" biznes mərkəzi, 3-cü mərtəbə (keçmiş “Jalə Plaza”)Bakı, Azərbaycan AZ1014

Əlaqə nömrəsi:

·         +994 (55) 505 53 30

·         +994 (12) 404 85 56

·         center@ite.az

QEYD: Yerlər məhdud olduğu üçün öncədən qeydiyyatdan keçmək zəruridir. Tələsin yerlər məhduddur.

 

ONLAYN QEYDİYYAT
Qeydiyyatdan keçin və biz sizinlə tezliklə əlaqə saxlayıb, bütün maraqlandıran suallarınıza cavab verəcəyik.