ITE aprel  ayında keçiriləcək təlim paketləri təqdim edir

Azərbaycan təhsil mühitində pedaqoji heyətin inkişafı və təkmilləşməsi üçün innovativ layihələr, məsləhətlər, həmçinin, müəllimlərin peşəkar ehtiyaclarına cavab verən aktual təlim proqramlarını təklif edən Təhsil Nazirliyinin lisenziyasına malik “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi müxtəlif təhsil layihələrini uğurla icra etməkdə və təqdim etdiyi təlimləri yüksək keyfiyyətlə həyata keçirməkdədir. ITE Əlavə Təhsil Mərkəzinin təklif etdiyi beynəlxalq standartlara cavab verən İKT-nin və interaktiv lövhələrin tədris prosesində istifadəsi, yeni məktəbəqədər və fənn kurikulumların tətbiqi, məktəb idarəçiliyi və təhsil sahəsində pedaqoji kadrların peşəkar inkişafı üzrə təlimlər hazırda ən çox ehtiyac duyulan təlimlər sırasındandır. ITE Əlavə Təhsil Mərkəzi bu ehtiyacdan yaranan müraciətlər əsasında aprel - may aylarını əhatə edəcək aşağıdakı növbəti təlim paketlərini təşkil etmişdir:

·Tədris prosesində Promethean interaktiv texnologiyalardan istifadə

·İlkin İKT bacarıqlarının yaradılması

·Yeni kurikulumların tətbiqi

·İntel Gələcək üçün Təhsil 10-cu versiya

· MS Office proqramlarından istifadə etməklə vəsaitlərin hazırlanması

· İKT-nin təhsildə tətbiqi, səviyyə 2

· Məktəbəqədər Təhsil Kurikulumu 

Əlavə olaraq vurğulayaq ki, bu təlimlərimizlə yanaşı  aşağıda qeyd olunan komplekt təlimlərimizdə var.

· Müasir qiymətləndirmənin əsasları+Tədris prosesində internetin imkanları və Veb.2 alətləri

· Fənn üzrə məzmun standartlarının reallaşdırılması yolları (kurikulumun birinci hissəsi) + MS Office proqramlarından istifadə etməklə vəsaitlərin hazırlanması

·Differensialaşdırma və qiymətləndirmə strategiyaları + Tədris prosesində internetin imkanları və Veb.2 alətləri

·Yeni dərs modelləri+Elektron tədris resurslarının hazırlanması

· Təhsildə layihə metodikasının tətbiqi+Tədris prosesində internetin imkanları və Veb.2 alətləri

·Yeni kurikumların tətbiqi+MS Office proqramlarından istifadə etməklə vəsaitlərin hazırlanması+Tədris prosesində Promethean interaktiv texnologiyalardan istifadə

Qeyd edək ki, təlimlərdə iştirak edən hər bir iştirakçı yüksək keyfiyyətli təlim materiallarını əhatə edən təlim vəsaitləri əldə edəcək. Təlim iştirakçıları yekunda Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçirilən qiymətləndirmədə iştirak edəcək və sertifikatla təltif olunacaqlar. Planlaşdırılan bütün təlimlərimizin tarixi, müddəti və tədris olunan mövzular barədə məlumatları veb səhifəmizin daim yenilənən “Təlim Cədvəli” (LİNK) bölməsindən əldə edə və aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərsiniz.

Təlim mərkəzi

Süleyman Rəhimov küçəsi 179, A 

"Avenyu Viraj" biznes mərkəzi, 3-cü mərtəbə (keçmiş “Jalə Plaza”)

Bakı, Azərbaycan AZ1014

Əlaqə nömrəmiz

+994 (55) 505 53 30

+994 (12) 404 85 56

E-mail

center@ite.az

İş vaxtı 

Bazar ertəsi – Cümə, 9:00 - 18:00

“Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin Mətbuat Xidməti

 

ONLAYN QEYDİYYAT
Qeydiyyatdan keçin və biz sizinlə tezliklə əlaqə saxlayıb, bütün maraqlandıran suallarınıza cavab verəcəyik.