Sinfin idarə olunmasının psixoloji əsasları üzrə seminar

Davamlı olaraq öz peşəkarlığınızı təkmilləşdirmək istəyirsinizsə İTE Əlavə Təhsil Mərkəzinin hər həftənin şənbə günləri təşkil etdiyi psixologiya və pedaqogika istiqamətindəki seminarlara qoşulun.



Seminarda aşağıdakı mövzular əhatə olunacaq:

1.      Müəllim Psixologiyası ( 2 saat)

· müəllim rolları

· müəllim ustalığı

Bu mövzu üzrə  Siz müəllim psixologiyası, müəllimin auditoriya  qarşısında psixoloji cəhətdən hazırlılığı,  müəllim üçün liderlilik bacarığı, natiqlik, peşəkarlıq, eyni zamanda konsentrasiya, şagirdə fərdi ve interaktiv yanaşma və bir çox  digər pedaqoji bacarıqları əldə edəcəksiniz.

2.      Peşəkar Müəllim Etikası ( 3 saat)

· davranış və hərəkətlər

· müəllim-şagird münasibəti

· müəllim-valideyn münasibəti

· müəllim-cəmiyyət münasibəti

Bu mövzu üzrə Siz şagirdlərlə, valideynlərlə və digər təhsildə maraqlı tərəflərlə sosial əlaqələrin qurulmasında düzgün psixoloji, empatik, tolerant yanaşmaların, ictimai-sosial münasibətlərin, əxlaqi-mənəvi keifiyyətlərin qurulması üzrə bacarıqlara yiyələcəksiniz.

3.      Sinfin idarə olunması (3 saat)

· üslub

· metodika

· taktika

· strategiya

Bu mövzu üzrə Siz sinfin idarə olunmasında üslub, metodika, taktika və strategiya üzrə auditoriyada səmimilik-ciddilik, tələbkarlıq-demokratiklik, bədən dili-göz kontaktı bacarıqlarına, dərsin keyfiyyətli təşkili məqsədilə isə vaxtdan səmərəli istifadə keyfiyyətlərinə yiyələnəcəksiniz.

Seminar 23 və 30 sentyabr tarixlərində saat 10:00-dan başlayaraq 4 saat olmaqla Bakı, Xətai prospekti 34/Luxen Plaza/6-cı mərtəbədə keçiriləcək.

Təlimçi: Bakı Mühəndislik Universitetinin baş müəllimi Hüseyn Xəlilovdur.

Seminar ödənişlidir, bir iştirakçı üçün qiymət 40 manat təşkil edir. İştirak etmək istəyənlər aşağıdakı nömrələrlə əlaqə saxlayıb qeydiyyatdan keçə bilərlər:

(055) 505 53 30

(050) 250 14 15



Qalereya

ONLAYN QEYDİYYAT
Qeydiyyatdan keçin və biz sizinlə tezliklə əlaqə saxlayıb, bütün maraqlandıran suallarınıza cavab verəcəyik.