Öyrətmək iddiası olanın öyrənmək əzmi gərək





İxtisasartırma proqramlarında  təhsilverən kimi fəaliyyət göstərən mütəxəssislərin (təlimçilərin) və bu sahədə özünü sınamaq istəyənlərin nəzərinə!

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi “İxtisasartırma proqramları üzrə təhsilverənlərin  (təlimçilərin) qiymətləndirilməsi və  hazırlanması” proqramını elan edir. Proqramın əsas məqsədi təhsil sahəsində müxtəlif ixtisasartırma proqramlarında təhsilverən kimi  fəaliyyət göstərən mütəxəssislərin hazırlanması və təkmilləşdirilməsidir.

Proqram iki istiqamətdə: MÖVCUD MÜTƏXƏSSİSLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ YENİ MÜTƏXƏSSİSLƏRİN HAZIRLANMASI istiqamətində ödənişli olaraq həyata keçirilir.

Proqrama kimlər müraciət edə bilər?

Hazırda ali, orta ixtisas və ümumtəhsil məktəblərində işləyən müəllimlər

Namizədə verilən tələblər:

·         Ali pedaqoji təhsil;

·         Təhsil Nazirliyi tərəfindən keçirilmiş  DQ imtahanlarından minimum 80% nəticə;

·         Ən azı 3 il pedaqoji təcrübə;

·         Ümumtəhsil məktəbləri üçün fənlər üzrə yeni təhsil proqramları ilə yaxından tanışlıq;

·         Kompüter, internet və şəbəkə haqqında əsas biliklər və onlarla işləmək bacarığı;

·         Peşəkarlıq səviyyəsini mütəmadi təkmilləşdirmə məqsədilə müxtəlif təlim və seminarlarda iştirak.

Hazırda prioritet olan ixtisasartırma proqramları:

 ·         “İbtidai sinif müəllimləri üçün ixtisasartırma təlimləri” (bir neçə adda)

 ·         “İKT savadlılığı”

 ·         “Layihə metodikasından istifadə”

 ·         “İKT-dən istifadə üzrə mentorluq xidmətinin təşkili”

         Proqramda iştirak üçün seçim mərhələləri:

         1.      İlkin müraciət (CV-lər) əsasında seçim

      2.   Namizədlərin biliklərinin qiymətləndirilməsi (fənn bilikləri, fənnin tədrisi metodikası və məntiqi təfəkkürün yoxlanılması istiqamətində imtahan)

          3.     Müsahibə

          4.     Ustad təlim proqramında iştirak və qiymətləndirmə

   Ödəniş:

Hər ixtisasartırma proqramı  üzrə ödəniş 120 manat təşkil edir. Əgər namizədlər bir neçə ixtisasartırma proqramı üzrə fəaliyyət göstərmək istəyirlərsə, hər bir təlim üçün ayrıca ödəniş etməlidir.

Yuxarıdakı tələblərə uyğun  namizədlər “Mövzu” hissəsində fəaliyyət göstərmək istədiyi təlimin adını qeyd etməklə əlavə olunan “Namizəd barədə məlumat vərəqi”ni telimchi@tipii.edu.az ünvanına göndərə bilərlər. Sənədin qəbulu üçün son tarix 30 sentyabr 2017-ci ildir.

Namizəd barədə məlumat vərəqi




Sənədlər