“Yeni kurikulumların tətbiqi” təlimi (Elan)

“Təhsildə İnnovativ Texnologiyalar”  Əlavə Təhsil Mərkəzi 21-30 yanvar 2017 –ci il tarixlərində keçiriləcək “Yeni kurikulmların tətbiqi” üzrə təlim paketini təqdim edir.    


Təlimdə təhsil müəssisələrinin pedaqoji və inzibati-idarəetmə heyəti, həmçinin təhsil sahəsində çalışmaq istəyən tələbə və məzunlar iştirak edə bilər.


Təlimdə iştirak etməklə siz... 


  •   Kurikulumun strukturunu və tərkibini öyrənəcək;
  • Kurikulumu ənənəvi təlim proqramlarından fərqləndirəcək;
  • Planlaşdırma anlayışını və fəal təlimin xüsusiyyətlərini mənimsəyəcək;
  • Müasir qiymətləndirmənin əsaslarını, onun ənənəvi qiymətləndirmədən fərqini təhlil edəcək;
  • Seçdiyiniz mövzu üzrə kurikulumun tələblərinə uyğun dərs nümunəsi hazırlayıb nümayiş etdirəcək;
  • Nümayiş etdirilən digər dərsləri təhlil edəcək və qiymətləndirəcəksiniz;

Təlimdə iştirak etməyin 5 səbəbi

1. “Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzinin fəaliyyəti Təhsil Nazirliyi tərəfindən lisenziyalaşdırılıb 

2. Təlimlər peşəkar təlimçi tərəfindən keçirilir  

3. Təlim proqramı beynəlxalq təcrübə və yeni tədris texnologiyalardan istifadə etməklə hazırlanır  

4. Təlimlər yerli və beynəlxalq aparıcı qurumlarla əməkdaşlıq nəticəsində daim yenilənən təlim proqramları əsasında keçirilir  

5. “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi TİPİİ ilə əməkdaşlıq razılaşmasına əsasən təlim iştirakçıları yekunda Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçirilən qiymətləndirmədə iştirak edəcək və sertifikatla təltif olunacaqlar.


Təlimin dili, vaxtı və yeri  
Dil: Azərbaycan dili    
Müddəti: 60 saat    
Təlimin başlama və bitmə tarixi: 21-30 yanvar 2017- ci il 
Keçirilmə yeri: ITE Təlim mərkəzi, Süleyman Rəhimov küçəsi 179, A, "Avenyu Viraj" biznes mərkəzi, 3-cü mərtəbə (keçmiş “Jalə Plaza”), Bakı, Azərbaycan AZ1014  

Qeyd: Təlim istəyinizə və iştirakçı sayına uyğun olaraq işlədiyiniz təhsil müəssisəsinin nəzdində də təşkil oluna bilər.

Təlimin qiyməti və əlaqə üçün məlumat  
Təlimdə iştirak: 95 AZN    
Qeydiyyatdan keçmək üçün +994 (55) 505 53 30 və ya +994 (12) 404 85 56 nömrələrinə zəng edin və ya 
center@ite.az e-mail ünvanına yazın.

Diqqət! “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən təklif olunan bu təlimdə və digər təlimlərində iştirak etmək istəyənlər, ödənişi BOLKARTLA 1, 3 və ya 6 aya bölərək ödəmək imkanı var. 

Bu ay keçiriləcək digər təlimlərimiz barədə ətraflı məlumat üçün Təlim cədvəli bölməsinə (LİNK) keçid edin.

 

ONLAYN QEYDİYYAT
Qeydiyyatdan keçin və biz sizinlə tezliklə əlaqə saxlayıb, bütün maraqlandıran suallarınıza cavab verəcəyik.