"İT-də yeni mütəxəssislərin istiqamətləndirilməsi və inkişafı"mövzüsünda seminar uğurla həyata keçirilmişdir

“Təhsildə İnnovativ Texnlogiyalar” Əlavə Təhsil Mərkəzi  23 iyun 2017-ci il,  saat 16:00-da şəbəkə texnologiyaları üzrə dünyanın ən nüfuzlu şirkəti olan "Cisco Şəbəkə Akademiyası" nın "İT-də yeni mütəxəssislərin istiqamətləndirilməsi və inkişafı" mövzusunda keçirilən  seminar uğurla həyata  keçirilmişdir.


Seminar  müdavimlərinə aşağıdakı aspektlər və müdavimlər tərəfindən verilən suallar cavabladırılaraq "Cisco Şəbəkə Akademiyası" informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını artırmış oldular.

·         CISCO Şəbəkə Akademiyası haqqında məlumat

·         CISCO Şəbəkə Akademiyasının təlim proqramlarının növləri

·         Sertifikatlaşma kateqoriyaları

·         İştirakçılara bitirdiyi kurs üzrə fəaliyyət göstərə biləcəyi sahələr və s.

Qeyd edək ki,  ITE Əlavə Təhsil Mərkəzi mütəmadi olaraq nəzdində yaradılmış “Cisco Şəbəkə Akademiyasının” təlim proqramlarını, bu sahəyə marağı olan şəxslərə texniki bazasını artırmaq və kadr potensialını gücləndirmək üçün şərait yaradır.

Şəbəkə texnologiyası üzrə dünya liderinə çevrilən Cisco Şəbəkə Akademiyasında muxtəlif bölmələr üzrə kurslar təşkil edir. Bu kursları bitirən tələbələrə verilən sertifikatlar dünyanın hər yerində tanınır və həmin tələbələr karyerada üstünlük əldə etmək qabiliyyətinə sahib olmuş olurlar.

ITE “CİSCO Şəbəkə Akademiyası” təlimlərində iştirak etmək istəyənlər rəngli linkə (LİNK) keçid edərək bütün kurslar barədə və keçiriləcək mövzülar haqda məlumat ala bilərlər.

 


Qalereya