"Ağıllı Lövhə" təlimi uğurla davam edir

Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi təşkil etdiyiTədris prosesində Promethean interaktiv texnologiyalardan istifadə”təlimi uğurla davam edir.

Beş gün davam edəcək təlimdə iştirakçılar Promethean interaktiv lövhənin tətbiqi metodikası haqqında öyrənərək tədris materiallarının və dərslərin keçirilməsi üçün Promethean lövhədən praktik istifadə etmə bacarıqlarına yiyələnəcəklər. Təlimin köməyi ilə onlar Promethean interaktiv lövhənin Activİnspire proqram təminatından tədris prosesində tam səviyyəli istifadəçi kimi istifadə edə biləcəklər.

Təlim iştirakçıları yekunda Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçirilən qiymətləndirmədə iştirak edərək sertifikatla təltif olunacaqlar

Onu da qeyd etmək lazımdır ki, iştirakçıların hər biri yüksək keyfiyyətli təlim materiallarını kitab şəklində əldə etdilər.

Xatırladaq ki, növbəti  tarixlərdə planlaşdırılan təlimlərimizin tarixi, müddəti və öyrədilən mövzular barədə məlumatları veb səhifəmizin daim yenilənəTəlim Cədvəli (LINK) bölməsindən əldə edə və ya aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərsiniz.

Süleyman Rəhimov küçəsi 179, A

"Avenyu Viraj" biznes mərkəzi, 3-cü mərtəbə (keçmiş “Jalə Plaza”)

Bakı, Azərbaycan AZ1014

+994 (55) 505 53 30       

+994 (12) 404 85 56

center@ite.az 

“Təhsildə İnnovativ Texnologiyalar”  Əlavə Təhsil Mərkəzinin Mətbuat Xidməti


Qalereya

ONLAYN QEYDİYYAT
Qeydiyyatdan keçin və biz sizinlə tezliklə əlaqə saxlayıb, bütün maraqlandıran suallarınıza cavab verəcəyik.