Задать вопрос
Наши специалисты ответят на любой интересующий вопрос по услуге

ADA Universiteti 10-11-ci sinif şagirdləri arasında

III İNGİLİS DİLİ OLİMPİADASI

elan edir

 

“ADA” Universiteti və British Council Təhsil Nazirliyi, “Oxbridge Academy”, Təhsildə İnnovativ Texnologiyalar üzrə təlim mərkəzi və “ADA” Universitetinin “Fokus” Tələbə Klubu ilə birgə 10-11-ci sinif şagirdləri arasında Akademik Məqsədlər üçün III Ingilis Dili Olimpiadası elan edir.

 

Olimpiadanın birinci mərhələsi bu ilin 10 mart tarixində “ADA” Universitetinin tərəfdaş məktəbi olan 132-134 № Təhsil Kompleksində keçirləcək. Bu mərhələdə iştirakçılardan ingilis dilinin qrammatikası və oxu qabiliyyətinə dair British Council tərəfindən tərtib olunmuş 50 yazılı sualı cavablandırmaq gözlənilir. “ADA” Universitetində keçiriləcək ikinci mərhələyə uğurla keçənlər 7 aprel tarixində yazı və dinləmə qabiliyyətindən imtahan verəcəklər. Qaliblər British Council və “ADA” Universitetinin nümayəndələrindən ibarət olan komitə tərəfindən seçiləcək.

 

Qalib məktəbliləri maraqlı mükafatlar gözləyir: 3-cü yerin sahibi Təhsildə İnnovativ Texnologiyalar üzrə təlim mərkəzi tərəfindən planşet və “ADA” Universitetinin İngilis Dili üzrə Yay Məktəbində təhsil haqqına 50% güzəşt, 2-ci yerin sahibi Təhsildə İnnovativ Texnologiyalar üzrə təlim mərkəzi tərəfindən təmin olunan noutbuk və Yay Məktəbində təhsil haqqına 75% güzəşt, 1-ci yerin sahibi isə British Council və “Oxbridge Academy” tərəfindən təşkil olunan Böyük Britaniyada yerləşən “Lewis School of English” məktəbində iki həftəlik ingilis dili kursunda ödənişsiz iştirak imkanı qazanacaq. “Lewis School of English” nüfuzlu dil məktəblərindən biridir və British Council, English UK, Quality English, Independent Schools Inspectorate (ISI) tərəfindən akkreditə olunmuşdur.”

 

“ADA” Universitetinin Akademik Işlər üzrə prorektoru Vəfa Kazdal bildirmişdir ki, əvvəlki illərdə keçirilən Olimpiada Bakı məktəbliləri arasında ən istedadlı yeniyetmələri üzə çıxarmaqda kömək etmişdir: “Ümid edirəm, bu ilki yarışma da məktəbliləri ingilis dili tədrisinə daha da həvəsləndirəcək. Dünya standartlarına uyğun təhsil almaq və daha sonra uğurlu peşəkar fəaliyyət qurmaq üçün bu gün akademik ingilis dilinə yiyələnmək əsas şərtlərdən biridir. Ölkə gəncləri arasında dili təkmilləşdirmək istiqamətində artan səyləri görmək sevindirici haldır. “ADA” Universitetinin İngilis Dili Olimpiadası bu mənada öz töhfəsini verəcək.”

 

Akademik Məqsədlər üçün III Ingilis Dili Olimpiadasında iştirak etmək istəyənlər martın 3-dək www.olympiad.ada.edu.az səhifəsində elektron şəkildə qeydiyyatdan keçə bilərlər.

ONLAYN QEYDİYYAT
Qeydiyyatdan keçin və biz sizinlə tezliklə əlaqə saxlayıb, bütün maraqlandıran suallarınıza cavab verəcəyik.