Задать вопрос
Наши специалисты ответят на любой интересующий вопрос по услуге

İbtidai sinif müəllimləri üçün keçirilən təlimlər yekunlaşdı

 

“Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin ibtidai sinif müəllimləri üçün müasir tədris texnologiyalarından istifadə bacarıqlarının formalaşdırılmasına yönəlmiş növbəti ixtisasartırma xidməti başa çatdı. Belə ki, 2017-2018-ci tədris ilində “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “İbtidai sinif müəllimləri üçün elektron təhsil resurslarının hazırlanması” üzrə ixtisasartırma təlimlərindən Bakı şəhəri üzrə ümumilikdə 157 nəfər ibtidai sinif müəllimi keçmişdir.

48 saatı əhatə edən təlimlərdə müəllimlər elektron təhsil resurslarının hazırlanmasına qoyulan texniki və metodik tələbləri öyrənmiş, MS Office proqramlarının və Veb.2 alətlərinin imkanlarından istifadə etməklə elektron resurslar hazırlamış, təhsil üçün faydalı müxtəlif proqramlardan istifadə edərək interaktiv test, çoxvariantlı tapşırıq və s. tərtib etmək bacarıqlarına yiyələnmişlər. Eyni zamanda təlim zamanı müxtəlif axtarış sistemləri, təhsillə bağlı saytların kataloqları, e-kitabxanalar və müəllimin peşəkar inkişafını dəstəkləyən professional virtual cəmiyyətlər haqqında məlumatlar əldə etmiş və müxtəlif hazır resursların yerləşdiyi saytlarla tanış olmuşlar.

Təlim müddətində təşkilatımız mütəmadi olaraq monitorinqlər keçirmiş və müəllimlərin təlimlə bağlı fikirlərini dinləmişlər. Müəllimlər təlimlərdən razı qaldıqlarını vurğulamış və təlim müddətində yiyələndikləri bacarıqların tədris prosesində tətbiqi ilə bağlı fikirlərini bizimlə bölüşmüşlər.

Əlavə məlumat olaraq qeyd edək ki, keçirilən təlimlərin qiymətləndirilməsi hazırda Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən aparılır. Qiymətləndirmə iştirakçıların təlimin sonunda hazırladıqlar resursların təqdimatı və meyarlar üzrə qiymətləndirilməsi üzrə həyata keçirilir. Qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra təlim iştirakçılarına i ixtisasartırma sertifikatı veriləcək.
ONLAYN QEYDİYYAT
Qeydiyyatdan keçin və biz sizinlə tezliklə əlaqə saxlayıb, bütün maraqlandıran suallarınıza cavab verəcəyik.