ITE “5-ci Karyera” sərgisində

“Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi 2 mart 2017-ci il tarixində ADA – da təşkil olunan “5-ci Karyera” sərgisində iştirak edib. Tələbələr üçün nəzərdə tutulan geniş müzakirədə iştirak edən nümayəndələr ITE Əlavə Təhsil Mərkəzinin yerli və beynəxalq layihələri (“Harbour Space university”, “Cisco Networking Academy”, “SSE Riga” və s) ilə tanış olublar.  “Təhsildə İnnovativ Texnologiya” Əlavə Təhsil Mərkəzinin əməkdaşları Teymur Məmmədov, İlahə Fazilova, Həvva Verdiyeva, Gülnisə Abbasova və Fərhad Əlixanov layihələr üzrə əsasında müraciət edən şəxslər ilə maarifləndirici söhbət apararaq  təhsil mühitində pedaqoji heyətin inkişafı və təkmilləşməsi üçün innovativ layihələr, məsləhət xidmətləri, həmçinin müəllimlərin peşəkar ehtiyaclarına cavab verən aktual təlim proqramlar haqqında ətraflı məlumat veriblər.

“Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin Mətbuat Xidməti

 

 


Qalereya