Задать вопрос
Наши специалисты ответят на любой интересующий вопрос по услуге

İKT – nin pedaqoji alətə çevrilməsi siyasəti uğurla davam etdirilir


Məlumdur ki, ölkəmizdə dövlət strategiyasının əsas məqsədlərindən olan ölkədə yeni texnologiyalara əsaslanan müasir infrastuktura malik təhsil müəssisələrinin informasiyalaşdırılması, müasir kompetensiyalara cavab verən səriştəli təhsilverənlərdən ibarət müəllim heyətinin təkmilləşdirilməsi əsas prioritetlər olaraq qəbul edilmişdir. Azərbaycanda tədris və təhsilin idarəolunması sahələrində müasir metodologiya və İKT-dən istifadə edərək təhsilin keyfiyyətinin artırılmasına yönəldilmiş layihələr, proqramlar, təlimlər və seminarlar həyata keçirən “Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzi artıq bir neçə ildir ki, Azərbaycan müəllimlərinin peşəkarlıq səviyyəsini təkmilləşdirməsi sahəsində müxtəlif layihələr həyata keçirir. Azərbaycan Respublikası Təhsil Nazirliyi və mərkəzimiz arasında bağlanan müqaviləyə əsasən 2017-2018-ci tədris ilində bu istiqamətdə keçirilməsi nəzərdə tutulan layihələrin bir çoxu uğurla yekunlaşmış, bəziləri isə hazırda da davam etməkdədir.

2017-2018-ci tədris ili ərzində Azərbaycanın ümumilikdə 13 şəhər və rayonunun  ümumitəhsil məktəblərinin 1107 nəfər müəllim və inzibati-idarəetmə heyətinə 6 ay ərzində İnformasiya və kommunikasiya texnologiyalarının (İKT) təhsilə tətbiqi üzrə ixtisasartırma xidməti göstərilmişdir. 60 saat müddətində keçirilən təlimlərin əsas məqsədi müəllimlərə və inzibati-idarəetmə heyətinə tədris prosesində İKT-dən səmərəli istifadə və elektron məzmunun tətbiqi metodikası haqqında məlumat vermək, bu istiqamətdə praktik bacarıqlara yiyələndirməkdir.

Təlimlərin nəticəsi olaraq Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən iştirakçıların yekun qiymətləndirilməsi aparılacaq və onlara ixtisasartırma sertifikatları təqdim olunacaq.

ONLAYN QEYDİYYAT
Qeydiyyatdan keçin və biz sizinlə tezliklə əlaqə saxlayıb, bütün maraqlandıran suallarınıza cavab verəcəyik.