Mentorumuzun uğuru  -  “Sağlam həyat tərzi “ layihəsi

2016-2017-ci tədris illərində Bakının 55 ümumi təhsil müəssisində “İxtisasartırma xidməti keçmiş müəllimlər və inzibati-idarəetmə həyətinin İKT-dan tədrisdə tətbiqini dəstəkləmək məqsədi ilə stajkeçmə xidmətinin təşkili” layihəsi üzrə mentorluq xidməti həyata keçirilir. Mentorlar davamlı olaraq müəllimlərə İKT-nin təhsilə tətbiqi istiqamətlərində kompleks dəstək göstərir. “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin mentorları təkcə müəllimlərə göstərdiyi xidmətdən əldə etdikləri uğurlarla deyil, müəllimlərlə keçirilən müsabiqə və digər tədbirlərdə, layihələrdə də daima uğurlara imza atırlar.  Bakı şəhəri,Yasamal rayonu  İlqar İbrahimov adına 167 №-li məktəbdə fəaliyyət göstərən mentorumuz Aynurə Orucova  mentorluq xidməti barədə fikirlərini bizimlə bölüşdü.  O bildirdi ki, yaxşı təşkil olunmuş öyrənmə mühiti uğurlu nəticənin əldə olunması üçün vacib şərtdir: Sürətli inkşaf Azərbaycanın hər bir sahəsində olduğu kimi təhsildə də öz müsbət nəticəsini göstərməkdədir. Müasir dövr bu gün müəllimlərin qarşısına yeni tələblər qoyur. Müəllimlər daim inkişaf edən dünyaya hazırlıqlı olan, müstəqil fəaliyyət göstərərək informasiyaları düzgün və məqsədyönlü şəkildə əldə edib,qarşıya çıxan problemləri müstəqil şəkildə həll edən, bacarıqlara malik şagirdlər yetişdirməlidir. Ölkəmizdə təhsil bu gün bizim fəaliyyətimizdə üzərimizə düşən vəzifələri necə yerinə yetirməkdən aslıdır. Azərbaycan məktəblərinin müasir müəllimə çox ehtiyacı var. Biz sabahımızı necə görürük? Bu suala müasir dövrümüzdə insanlar, daha geniş çevrədə dövlətlər və nəhayət, bəşəriyyət cavab axtaran zaman sadə həqiqətə üz tuturlar – təhsilin keyfiyyəti bizə həyat keyfiyyətimizi dəyişməyə, birgə yaşayışın daha sivil formalarını axtarmağa, düşünməyə yardım etməlidir. Dünya təcrübəsində göstərilir ki, artıq bütün yüksək məktəb sistemlərində qəbul edilmişdir ki, əgər “yaxşı müəllim yetişdirmək istəyirsinizsə, sizin onlarla birgə işləyən yaxşı mentorlara ehtiyacınız var”. Mentorlar bir sıra ehtiyacların qarşılanmasında mühüm rol oynaya bilərlər. Onlar katalizator rolu oynayaraq uğurlu əməkdaşlıq strukturu təmin etmək bacarığına nail olurlar. Hazırda mentorluq etdiyim Yasamal rayonu  İlqar İbrahimov adına 167 №-li tam orta məktəbdə fəaliyyətim müddətində pedaqoji heyətin peşəkarlığının inkişafına və təkmilləşdirilməsinə dəstək göstərmək istiqamətində ilk olaraq müəllimlərin ehtiyaclarını müəyyən etdik. Növbəti mərhələdə müəyyən edilmiş ehtiyaclar üzərində məqsədlər çıxarıldı .Üç ay müddətində  hər bir müəllimə fərdi inkişaf planı tərtib etdim. Plan əsasında ay ərzində hər  bir müəllimlə 3 dəfə fərdi görüş həşkil olundu və 1 dəfə dərsi müşahidə olundu. İKT bacarıqlarını təkmilləşdirmək üçün interaktiv tapşırıqlar hazırladıq. Prometan lövhənin imkanlarından, hazırlanan resurslardan dərslərdə necə istifadə olunması üzrə təkmilləşmə apardıq.  Bundan əlavə olaraq müəllimlərin peşəkarlığının inkişafına və təkmilləşdirilməsində layihələrin keçirilməsinə üstünlük verdim.  “Sağlam həyat tərzi “ layihəsi çərçivəsində ekologiyanı qorumaq, sağlam qidalanmaq, idman etməyi vacib amil kimi götürdük. Bunun üçün İKT- bacarıqları ilə yanaşı açıq mühitdə dərslərin keçirilməsinə üstünlük verdik.

Müşahidə etdiyim həftədə 3 müəllim ilə birlikdə (İsmayılova Sevinc, Ağayeva Ülviyyə, Abbasova Lamiyə) IDEA mərkəzində olduq. Şagirdlər Ekologiya ilə bağlı, təbiətin qorunmasının insan və ətraf mühit üçün nə qədər önəmli olması barədə öyrəndikləri bilikləri möhkəmləndirmiş oldular”.

Qeyd olunan linkə keçid edərək keçirilən layihə ilə tanış ola bilərsiniz. 

“Sağlam həyat tərzi “ layihəsi 


Qalereya