Növbəti uğurlu saziş: ITE və İngiltərə universitetinin əməkdaşlığı

“Təhsldə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin əsas prinsipi olan əhatəli yanaşma, beynəlxalq təcrübə və səmərəli tərəfdaşlığı cari fəaliyyətində tətbiq etməkdir. Artıq bir neçə ildir ki, mərkəz Azərbaycan müəllimlərinin peşəkarlıq səviyyəsini təkmilləşdirmək istiqamətində xeyli işlər görməklə bərabər, dunyada tanınmış universitetlər və təşkilatlarla əməkdaşlığına ölkəmizin təhsil sahəsində inkişafına və genişlənməsinə  yeni imkanlar yaradır. ITE Əlavə Təhsil Mərkəzinin yaratdığı bu imkanlar Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə sürətli inteqrasiyasına və beynəlxalq təcrübənin yerli təhsil mühitinə tətbiqinə daha da əlverişli şərait yaradır. Bu baxımdan beynəlxalq təşkilat və qurumlarla əməkdaşlıq ITE-nin hədəfində olan əsas məsələlərdən biridir. Təhsilverənlərin və təhsil sahəsinin liderlərinin potensialının gücləndirilməsi, öyrətmə və öyrənmə prosesinin inkişafı, təhsil sahəsinin strategiyasının formalaşdırılmasına dəstək sahəsində xidmət göstərən “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi növbəti beynəxalq əməkdaşlıq - Uelsdə yerləşən İngiltərədə tanınmış olan Aberystwyth Universiteti ilə əməkdaşlıq razılaşmasına imza atıb. Bu əməkdaşlığın nəticəsi olaraq “Öyrətmə və öyrənmənin keyfiyyətinin yüksəldilməsi” modulu innovativ ideyaların inkişafına, “Məktəb səviyyəsində tədris keyfiyyətini və təlim prosesini qiymətləndirmək üçün strategiyalar”, Dərslərin qiymətləndirilməsi üçün müşahidə prosedurları”, “Müəllimlərin peşəkar inkişafına dəstək strategiyaları” mövzüları üzrə yerli təhsil mühitində inzibati-idarəetmə heyətinin bilik, bacarıq və səriştələrinin daha da təkmilləşdirilməsinə və beynəxalq təcrübə əsasında formalaşmasına şərait yaradacaq. Qeyd edək ki, hazırda bir neçə yerli və xarici universitetlər ilə də müvafiq əməkdaşlıq danışıqları aparılmaqdadır. Tezliklə yeni layihələr haqqında təhsil ictimaiyyətinə daha ətraflı məlumat çatdırılacaqdır.

Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin Mətbuat Xidməti