Olimpiada üzrə ITE və ADA əməkdaşlığı

 

“Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi ADA Universiteti ilə, yeni əməkdaşlıq razılaşmasına əsasən Bakı şəhəri məktəblərini əhatə edən “Akademik məqsədlər üçün 2-ci İngilis dili fənni üzrə Olimpiada”sının keçirilməsinə tərəfdaşlıq edir.


Nəzərinizə çatdıraq ki, orta ümumi təhsil məktəb şagirdlərinin ingilis dili üzrə bilik və intellektlərinin qiymətləndirilməsi üçün səmərəli üsul təqdim edilib.

Belə ki, 2017-ci ilin 19 fevral və 12 mart tarixlərində ADA Universitetinin Təhsilin İdarə edilməsi fakültəsi tərəfindən 10-11-ci sinif şagirdləri arasında “Akademik məqsədlər üçün 2-ci İngilis dili fənni üzrə Olimpiada”sı keçiriləcək.

Olimpiadada finala çıxan şagirdlər  aşağıdakı aspektlər əsasında mukafatlandırılacaqlar.

1-ci yer Böyük Britaniyada İngilis dili kursu, ADA universitetində İngilis dili üzrə Yay məktəbi və olimpiada qalibinin müəlliminə “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin təklif etdiyi təlim proqramlarının istənilən birində ödənişsiz iştirak etmək imkanı

2-ci yer “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən HP notebook və ADA universitetidə Yay məktəbi (75% endirim)

3-cü yer  “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən Asus ZenPad planşet və ADA universitetində İngilis dili üzrə Yay məktəbi (50% endirim) 


Xatırladaq ki, 2015-ci ilin noyabrın 10-da keçirilən olimpiadanın ilk mərhələsinə Bakı şəhərinin 20 ümumi təhsil məktəbindən 303 şagird qatılmışdır. Dekabrın 2-də ADA Universitetində olimpiadanın 10 qalibinə qiymətli mükafatlar təqdim edilmişdir. Ən yüksək nəticə göstərən finalçılar isə ADA Universitetində ingilis dili üzrə yay məktəbində iştirak etmək imkanı qazanmışlar.