İqtisad universitetində CISCO-nun təqdimatı keçirilib

Bu gün elə bir sahə yoxdur ki, orada İKT-dən istifadə olunmasın. Ona görə də müasir zamanın tələbinə uyğun olaraq hər kəs, xüsusilə bu  sahə üzrə məşğul olanlar informasiya texnologiyalarından yüksək səviyyədə istifadə etmək bacarığına yiyələnməlidi. Bunun üçün biz mütəmadi olaraq ITE Əlavə Təhsil Mərkəzinin nəzdində yaradılmış “Cisco Şəbəkə Akademiyasının” təlim proqramlarını, bu sahəyə marağı olan şəxslərə texniki bazasını artırmaq və kadr potensialını gücləndirmək üçün şərait yaradır.

Belə ki, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi ilk olaraq Azərbaycan Dövlət İqtisad universitetində 24 fevral 2017-cil tarixində “Cisco Şəbəkə Akademiyası”nın təqdimatını keçirib.

Təqdimat prosesində ITE Əlavə Təhsil Mərkəzinin beynəxalq layihələr üzrə mutəxəssisi Nilufer Dəmirzadə “Cisco Şəbəkə Akademiyası” haqqında məlumat verib və tələbələri  bu sahədə maraqlandıran sualları cavablandırmışdır.

Qeyd edək ki, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi şəbəkə texnologiyası üzrə dünya liderinə çevrilən Cisco Şəbəkə Akademiyasında muxtəlif bölmələr üzrə kurslar təşkil etmişdir. Bu kursları bitirən tələbələrə verilən sertifikatlar dünyanın hər yerində tanınır və həmin tələbələr karyerada üstünlük əldə etmək qabiliyyətinə sahib olmuş olurlar.

ITE “CİSCO Şəbəkə Akademiyası” təlimlərində iştirak etmək istəyənlər rəngli linkə (LİNK) keçid edərək bütün kurslar barədə və keçiriləcək mövzülar haqda məlumat ala bilərlər.

 


Qalereya