SABAH qrup tələbələri üçün “IT Essentials” təlimi

“Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tədris prosesində innovativ texnologiyaların və yeni standartların tətbiqindən əlavə informasiya və kommunikasiya texnologiyaları sahəsində də uğurlarını davam etməkdədir. Belə ki, ITE təlim mərkəzinin nəzdində  yaradılmış “Cisco Şəbəkə Akademiyası” informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını artırmaq istəyən SABAH qrup tələbələri üçün 6-10 fevral 2017 ci il tarixndə təşkil olunan  “ IT Essentials” təlimi uğurla həyata keçirilib.

Ümumilikdə 70 saatdan ibarət olan təlim yuxarıda qeyd olunan tarixdə üzbəüz şəkildə 15 saat keçirilərək növbəti vaxtlarda isə sərbəst şəkildə davam etdiriləcək.

Təlimdə iştirak edən müdavimlər aşağıdakı aspektlər əsasında bilik və bacarıqlarını inkişaf etdirmiş olublar.

     ·    Kompüterlərin və mobil qurğuların işləmə mexanizmi ;

  ·  Ümumi təhlükəsizlik və zəifliklərin müəyyən olunması (virusların aşkarlanması, şifrənin sındırılmasının və kiberhücumların qarşısının alınması);

    ·  Real avandanlıqlar və Cisco Packet Tracer modelləşdirmə alətindən istifadə edərək tənqidi düşüncə və problem helletmə bacarığının inkişaf etdirilməsi;

     ·     Quiz və testlərdən istifadə etməklə biliklərinii daha da gücləndirilməsi

Bildirək ki, Dünyanın 170-dən çox ölkəsində fəaliyyət göstərən Cisco Şəbəkə Akademiyasında dərslər təsdiqlənmiş kurikuluma əsasən peşəkar, sertifikatlı mütəxəssislər tərəfindən keçirilir. Təlim kurslarında iştirak etməklə akademiya tələbələri yeni şəbəkələri, şəbəkə inzibatçılığını, təhlükəsizlik və bulud texnologiyalarının nəzəriyyəsini öyrənərək, təqdim olunan materiallardan, təlimatçının köməyindən, praktiki laboratoriyalarda real və simulyativ modelləşdirmə alətlərindən istifadə edərək biliklərini real təcrübədə tətbiq etməklə imtahana hazırlaşırlar. İmtahandan uğurla keçən tələbələr bütün dünyada tanınan “Cisco Şəbəkə Akademiyası"nın sertifikatına sahib olacaqlar ki, bu da öz növbəsində onlar üçün sonsuz sayda karyera imkanları yaratmış olacaq.

 

Qeyd: Digər İT təlim paketlərində iştirak etmək istəyən şəxslər veb səhifəmizi xidmətlər bölməsindən “Cisco Şəbəkə Akademiyası” panelinə və ya bu linkə keçid edərək (LİNK) “Təlim Cədvəli” ilə tanış ola bilərsiniz.


“Təhsildə İnnovativ Texnologiyalar”  Əlavə Təhsil Mərkəzinin mətbuat xidməti

 


Qalereya

ONLAYN QEYDİYYAT
Qeydiyyatdan keçin və biz sizinlə tezliklə əlaqə saxlayıb, bütün maraqlandıran suallarınıza cavab verəcəyik.