Задать вопрос
Наши специалисты ответят на любой интересующий вопрос по услуге

İTE Əlavə Təhsil Mərkəzinin Məktəbdənkənar Təhsil Mərkəzləri üçün açdığı yeni imkanlar.

 

“Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə təşkil etdiyi məktəbdənkənar təhsil müəssisələrinin müəllimləri üçün “Müasir tədris strategiyaları və layihə metodikasının istifadəsi” üzrə ixtisasartırma xidməti təlimlərini 3 mərkəzdə 6 qrup üzrə keçirir.

Ümumilikdə 48 akademik saatı əhatə edən, 12 günlük təlimlər 17.04.2018 tarixdən başlamış və hal-hazırda davam edir. Müdavimlər təlim müddətində tədris materiallarının və dərslərin keçirilməsi üçün layihə metodikasından istifadə bacarıqlarına yiyələnirlər. Bundan əlavə iştirakçılar layihə çərçivəsində müasir təlim strategiyaları, qiymətləndirmə üsul və alətləri ilə tanış olur, bu mexanizmlərdən dərsdə səmərəli istifadə edib, dərsi şagirdin marağına və XXI əsrin tələbinə uyğun qurmağı öyrənir, onu daha da zəngin və rəngarəng edirlər. Layihə metodikasını mənimsəyən müəllimlər İKT bacarıqlarından dərsdə istifadə edərək, Web 2.0 alətləri və müasir texnologiyalarla işləməklə şagirdləri daha yaradıcı təlimə cəlb etməyə müvəffəq olurlar.

Hal-hazırda Nizami rayonu üzrə 32, 70 və 238 N-li tam orta məktəblərdə yerləşən təlim mərkəzlərində 92 nəfər məktəbdənkənar təhsil müəssisələrinin müəllim heyəti iştirak edir.

Xatırladaq ki, ümumilikdə 150 nəfər heyətə keçirilməsi planlaşdırılan təlimlərdən artıq 119 nəfər  keçib.

ONLAYN QEYDİYYAT
Qeydiyyatdan keçin və biz sizinlə tezliklə əlaqə saxlayıb, bütün maraqlandıran suallarınıza cavab verəcəyik.