Задать вопрос
Наши специалисты ответят на любой интересующий вопрос по услуге

YUNESCO ilə əməkdaşlığımız


“Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzi İKT-nin təhsilə tətbiqini daha da gücləndirmək məqsədilə YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutu ilə əməkdaşlıq çərçivəsində öz bazasında YUNESKO kafedrası yaratmışdır. Kafedranın fəaliyyəti çərçivəsində “Müəllimlər üçün İKT kompetensiya” standartlarının Azərbaycanda adaptasiyası, İKT-nin təhsilə tətbiqi istiqamətində tədqiqatların aparılması, ucqar rayon məktəblərinin pedaqoji heyəti üçün distant kursların hazırlanması və keçirilməsi, İKT üzrə təhsil işçiləri forumunun yaradılması nəzərdə tutulmuşdur.
“Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzi  gələcək perspektivlərin müzakirəsi istiqamətində Fransanın Paris şəhərində keçirilən YUNESKO YUNİTVİN – Universitetlərin Tvinninq Proqramının 25 illik yubileyinə həsr olunan Kafedralar Proqramında mərkəzin digər nümayəndələri ilə birlikdə iştirak etdi. YUNESKO-ya üzv 116 dövlətin 700-dən çox ali təhsil müəssisələrinin nümayəndələri və digər təhsil ekspertlərininin də iştirak etdiyi tədbirin əsas məqsədi müxtəlif ölkələrin alimlərinin, tədqiqatçılarının, qeyri-hökümət təşkilatlarının, iştirakçı universitetlərin və təhsil ekspertlərinin əlaqələrini gücləndirmək, onların təcrübə və uğurlarını daha geniş arenada paylaşmağına şərait yaratmaqdan ibarət idi. Tədbirdə eyni zamanda, 2030-cu il üçün YUNESKO-nun təhsil məqsədləri də müzakirə olundu, müxtəlif ölkələrin ali təhsil və əlavə təhsil müəssisələrinin tərkibində yaradılan YUNESKO kafedralarının fəaliyyətlərindən və İKT-nin təhsilə tətbiqi üçün ali məktəblərin verəcəyi töhfələrdən danışıldı.
Tədbirdə iştirak edən nümayəndələrimiz müxtəlif ölkələrin YUNESKO kafedralarının nümayəndələrinə mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat vermiş və orta ümumtəhsil müəssisələrinin müəllimləri ilə yanaşı ali təhsil müəssisələrinin müəllimləri və inzibati heyəti üçün keçirdiyi müxtəlif seminar və təlimlər haqqında danışmışlar. Eyni zamanda, nümayəndələrimiz bildirmişlər ki, “Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzinin YUNESCO kafedrası 2030-cu ilədək Pedaqoji universitetlərdə magistratura pilləsində təhsilini davam etdirən tələbələr üçün “İKT-nin təhsildə səmərəli tətbiqi” adlı fənnin tədris edilməsi üçün layihə təklifi hazırlamağı və Təhsil Nazirliyinə təqdim etməyi planlaşdırır. Bu təklifin əsas məqsədi gələcəkdə pedaqoji fəaliyyət göstərəcək tələbələrdə İKT üzrə təlim ehtiyaclarını bu fənn vasitəsilə əvvəlcədən qarşılamaq, tələbələrdə İKT-nin təhsilə səmərəli tətbiqi ilə bağlı yaradıcı düşüncə tərzi formalaşdırmaq və İKT alətlərindən istifadə bacarıqlara yiyələndirməkdir.

ONLAYN QEYDİYYAT
Qeydiyyatdan keçin və biz sizinlə tezliklə əlaqə saxlayıb, bütün maraqlandıran suallarınıza cavab verəcəyik.