Yeni informasiya texnologiyalarının öyrənmə prosesinə tətbiqində müəllimin rolu

07.03.2016

Yeni informasiya texnologiyalarının öyrənmə prosesinə tətbiqində müəllimin rolu

Ötən buraxılışlarımızda “İTE - Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzi öz tədqiqat fəaliyyətini ictimaiyyətə təqdim etmək təşəbbüsünü irəli sürmüş və bu istiqamətdə mentorluğun azərbaycan məktəblərində davamlı inkişafının necə təmin edilməsi barədə analitik qeydlərini “white paper” formatında oxuculara təqdim etmişdir . Bu təşəbbüsün davamı olaraq milli təhsil siyasətimizi əks etdirən təhlil və tövsiyələrə dair nəşrlər mütəmadi olaraq oxucuların diqqətinə çatdırılmaqdadır.

Bu dəfəki buraxılışımızda İTE əlavə təhsil mərkəzinin proqram üzrə koordinatoru İlahə Fazilova tərəfindən hazırlanmış yeni informasiya texnologiyalarının öyrənmə prosesinə tətbiqində müəllimin roluna dair təhlil yönümlü elmi işinin 1-ci hissəsini təqdim edirik. Məqalədə müasir müəllimin xüsusiyyətləri, İKT-dən istifadənin pedaqoji məqsədləri, İKT kompetensiyalar dedikdə nələrin nəzərdə tutulduğu və digər maraqlı məqamlar araşdırılmış və təhlil olunmuşdur.

İTE əlavə təhsil mərkəzinin mütəmadi olaraq bu cür təhlil yönümlü məqalələr təqdim etməsində əsas məqsədi beynəlxalq və yerli təhsil mühitində cərəyan edən müasir tendensiyaları, innovasiyaları, yeni tətbiq olunan layihə və metodikaları dərindən araşdırmaq, obyektiv təhlil etmək və təhsil işçilərini nəticələrlə tanış etməkdir. Düşünürük ki, bu, həm pedaqoji heyətin, həm də onu hazırlayan kadrların peşəkar inkişafına təkan verəcək. Həmçinin, İTE əlavə təhsil mərkəzi bir tədqiqat müəssisəsi kimi bu cür təhil yönümlü məqalələrlə Azərbaycanda ensiklopedik təhsil bazasının daha da təkmilləşməsinə töhfə vermiş olacaq.

Həmkarlarımızı, tərəfdaşlarımızı və saytımızın ziyarətçilərini bu analitik qeydlərin mövzusuna dair şərhlərini, fikirlərini və təkliflərini bizimlə bölüşməyə və müzakirələrdə fəal iştirak etməyə dəvət edirik. Biz isə öz növbəmizdə təqdim olunan analitik qeydlərimizi sadə, oxunaqlı və konkret formada Sizlərə çatdırmağa çalışarıq.

“İTE - Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin Mətbuat Xidməti


Документы

İKT məqalə_I hissə Размер: 109.4 Кб