İnsanlarla ünsiyyət qurmağı bacaran mütəxəssis - Təhsildə peşəkarlığın sirri

Nigar Əhmədzadə: "Peşəkar öz işini bilməklə yanaşı insanlarla ünsiyyət qurmaq bacarığına da malik olmalıdır"

Bu gündən başlayaraq biz sizi mərkəzimizin aparıcı mütəxəssisləri ilə tanış edəcəyik. Bu dəfə rubrikanın qonağı “Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzinin Monitorinq və qiymətləndirmə üzrə mütəxəssisi Nigar Əhmədzadədir.

Nigar xanım özünüz haqqında qısaca məlumat verə bilərsiniz mi?

Nigar Əhmədzadə: “Mən 1969-cu ildə Bakı şəhərində anadan olmuşam. 1986-ci ildə 258 N-li orta məktəbi bitirib 1988-ci ildə Bakı Dövlət Universiteninin tarix fakültəsinə daxil olmuşam. Universitetdə oxuyarkən BDU-nun KVN komandasında da oynamışam (red.: gülümsəyir).

Siz təhsil almaqla yanaşı KVN komandasında oynamaq üçün də vaxt tapırdınız. Bu klubda iştirak sizin gələcək işinizdə sizə köməklik etdimi?

Nigar Əhmədzadə: Əlbəttə, bunun böyük köməyi oldu, çünki peşəkar öz işini bilməklə yanaşı insanlarla ünsiyyət qurmaq bacarığına da malik olmalıdır. Bu işdə KVN-in rolu çox böyükür.

Universiteti bitirdikdən sonra bir başa iş fəaliyyətinə başladınız?

Nigar Əhmədzadə: Bəli, 1993-cu ildə ali təhsilimi bitirdikdən dərhal sonra 157 N-li orta məktəbdə tarix müəllimi kimi işə başladım, daha sonra “Araz” ekologiya liseydə çalışdım, 2001-ci ildən Bakı kompüter kolecində tədris hissə müdiri və müəllim kimi işləmişəm.

Bəs təlim sahəsində nə vaxtdan çalışırsınız?

Nigar Əhmədzadə: 2004-cü ildə “Müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi” təlimində iştirak etdim və məs bu tarixdən mənim təlim sahəsində karyeram başladı. Bu günə qədər bir çox təlim keçmişəm və layihələrdə iştirak etmişəm.

Daha ətraflı təlimlər və layihələr haqqında məlumat verə bilərsiniz mi?

Nigar Əhmədzadə: 2005-ci ildən başlayaraq “İKT-in təhsildə tətbiqi üzrə təlimçi kimi çalışdım, həmçinin “Intel Gələcək üçün Təhsil” proqramın eksperti oldum. 2010-2011-ci illərdə Monitorinq və qiymətləndirmə üzrə mütəxəssis kimi fəaliyət göstərdim. Həmin vaxtlar “Həmkara dəstək” beynəlxalq təliminin eksperti kimi proqramın adaptasiyası ilə məşğul oldum. Eyni zamanda Kurrikulum üzrə təlimçilər üçün bir çox təlimlər keçmişəm. Daha sonra ekspert olaraq “İntel Gələcək üçün Təhsil” proqramının yeni versiyasının adaptasiyası ilə məşğul oldum, 2011-ci ildə “Bir şagird bir kompyuter” layihəsinin Azərbaycanda tətbiqi ilə məşğul oldum.

Hal-hazırda siz “Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzində Monitorinq və qiymətləndirmə üzrə mütəxəssis vəzifəsində çalışırsınız. Bu haqda danışa bilərsiniz mi?

Nigar Əhmədzadə: Monitorinq və qiymətləndirmə üzrə mütəxəssis olaraq mənim əsas vəzifəm təlimlərin və təlimçilərin müşaidəsi və qiymətləndirilməsidir. Müşaidələrin köməyilə biz keyfiyyət standartlarını saxlamaqla yanaşı təlim prosesində yenilikləri tətbiq etmək üçün təkliflər də hazırlayırıq.

“Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzi sizin üçün nə deməkdir?

Nigar Əhmədzadə: Onu demək istərdim ki, “Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzi 2012-ci ildə yaradılıb. Lakin burada çalışanların hər biri öz işinin peşəkarıdır və çoxlarının 20 ilədək təhsil sahəsində təcrübəsi var. Belə insanlarla çiyin –çiyinə çalışmaq mənim üçün böyük fəxrdir. Bundan başqa burada mən mehriban kollektiv tapdım. Suala gəldikdə isə mənim üçün “Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzi  inkişafa doğru aparan bir yoldur!