İnformasiya və kommunikasiya texnologiyalarının təhsildə tətbiqi

ÖDƏNIŞ

  • Səbətdə təlimlərin sayı: 0
  • Məbləğ: 0 AZN

İnformasiya və kommunikasiya texnologiyalarının təhsildə tətbiqi

Peşə fəaliyyətinin ümumi əsasları üzrə təlimlər

Al Səbətə əlavə et

İnformasiya və kommunikasiya texnologiyalarının təhsildə tətbiqi

Modul 3:                                  Peşə fəaliyyətinin ümumi əsasları üzrə təlimlər

 

 

Təlim haqqında

Təlim saatı – 36 akademik saat

Müddəti –  9 gün (gündə 4 saat)

Təhsil krediti 6

Həyata keçirilmə forması – əyani

Dil: Azərbaycan

Ünvan: Bakı, Azərbaycan

Qiymət: 70 AZN

Proqramdan faydalanacaqlar: orta məktəb, kollec, ali məktəb  pedaqoji və inzibati-idarəetmə heyəti

XX əsrin sonlarından başlayaraq Azərbaycanda təhsil sahəsində fasiləsiz olaraq həyata keçirilən islahat proqramları düşünülmüş bir strategiya üzrə uğurla davam etdirilməkdədir. Təhsilin elə bir sahəsi yoxdur ki, islahatlar o sahəni əhatə etməsin. Bir-birindən az əhəmiyyətli olmayan, eyni zamanda da bir-biri ilə qarşılıqlı əlaqəli olan təhsilin məzmunu, infrastrukturu, maddi-texniki bazası, səriştəli təhsilverənlərin formalaşması kimi istiqamətlərdə aparılan islahatlar nəticə etibarı ilə təhsil mühitinin həm məzmun, həm də maddi-texniki-baza cəhətdən zənginləşməsinə, müasirləşməsinə əlverişli zəmin yaratmışdır. Məktəblər, sinif otaqları tədricən ən müasir İKT avadanlıqları ilə təmin olunmuşdur ki, bu da öz növbəsində müasir dövrün tələblərinə cavab verə biləcək şəxsiyyətlərin yetişdirilməsi üçün müəllimə lazım olan səriştə və bacarıqlar üzrə yeni kompetensiyaların yaranmasını zəruri etmişdir. Bütün bu düşünülmüş strategiyanın həyata keçirilməsi sayəsində cəmiyyətdə müəllimin yeni, inkişafın önündə olan, təşəbbüskar və yenilikçi bir obrazı yaranmışdır.

 

Məlumdur ki, İKT-dən istifadə etməklə müasir və interaktiv təhsil modelinin həyata keçirilməsi məktəbin və müəllim heyətinin qarşısına yeni tələblər qoyur. Pedaqoji heyətin İKT savadlılığını artırmadan, təlim-tədris prosesinə innovativ yanaşmasını formalaşdırmadan İKT-nin təhsil sisteminə səmərəli tətbiqinə nail olmaq qeyri-mümkündür. Şagirdlərin İKT-dən faydalı və məqsədyönlü istifadəsini təmin etmək üçün müəllimlər tədris prosesində İKT-dən səmərəli istifadə bacarığına yiyələnməlidirlər.

 

Təlimlər nəticəsində evdə kompüter və interneti “əyləncə və oyun” aləti kimi təsəvvür edən şagirdlər artıq məktəbdə müəlliminin bacarıqları sayəsində onların görmədikləri imkanları ilə qarşılaşacaq və nəticə olaraq cəlbedici tərtibatlı təqdimatlar, interaktiv oyunlar, cizgi formatlı multimedia tapşırıqları onların zövqünü oxşayacaqdır. İstər-istəməz informasiyanın qeyri-adi təqdimatı, interaktiv mühitin cəlbedici qüvvəsi şagirdi onu dinləməyə, öyrənməyə, araşdırmağa, öz işini daha fərqli təqdim etməyə təhrik edəcəkdir.

Təlimdən gözlənən nəticələr:

Təlim iştirakçıları:

               Tədris prosesində İKT-dən istifadə bacarıqlarına yiyələnirlər;

               MS Office Word proqramından istifadə etməklə müxtəlif didaktik materiallar - sorğu vərəqələri, qiymətləndirmə vasitələri, həftəlik dərs cədvəli, məlumat vərəqəsi, test nümunələri və dərs planı hazırlamağı öyrənirlər;

               MS PowerPoint proqramından istifadə etməklə şagirdlərdə tənqidi, məntiqi və yaradıcı təfəkkürü inkişaf etdirmək məqsədi ilə iş vərəqələri, video və audio materiallardan ibarət animasiyalı təqdimatlar hazırlayır və tədris prosesində məqsədyönlü tətbiq etmək bacarıqlarına yiyələnirlər;

               MS Excel proqramından istifadə etməklə müxtəlif analizlər aparmaq imkanına malik elektron cədvəl və diaqramlar, mürəkkəb məsələlərin həlli üçün elektron işçi vərəqlər hazırlayırlar;

               MS Publisher proqramından istifadə etməklə sertifikat, buklet və broşürlər tərtib edirlər;

               Təhsildə internet xidmətlərinin əhəmiyyətini və rolunu bilirlər;

               Təhsilə faydalı Google alətlərindən (Google translate, Google Maps, Google Earth, Google disk, Google documents) istifadə bacarıqlarına yiyələnirlər;

               Elektron poçt xidmətindən istifadə edəcək, e-mail vasitəsilə yazışmalar edir, fayllar göndərir və qəbul edirlər.


Təlimdən əldə etdiyiniz bilik və bacarıqlarınızı əks etdirən sertifikatlar

TİPİİ və İTE-nin birgə sertifikatı:

               Rəsmi olaraq təsdiq olunmuş

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun sertifikatı sizə karyeranızda irəli getmək üçün vacib olan kredit sayını rəsmi olaraq təsdiq edəcək.

               SV-nizi fərqləndirir

Sertifikatı SV-nizdə qeyd edərək başqa namizədlərdən seçilə biləcəksiniz.

               Kursu bitirmək üçün sizdə motivasiya yaradır

Daha bir kursu bitirmək üçün özünüzə stimul verə biləcəksiniz.

onlayn qeydİyyat
Qeydiyyatdan keçin və biz sizinlə tezliklə əlaqə saxlayıb, bütün maraqlandıran suallarınıza cavab verəcəyik.
Əvvələ