Global Lab

Global Lab:

Global Lab müxtəlif mənbələrdən geniş miqyaslı məlumatların əldə edilməsi, birgə tədqiqat işləri və məktəblərdə müxtəlif sahələr üzrə elmi layihələrin həyata keçirilməsində tədqiqat yönümlü öyrənmə metodlarının tətbiqi üçün nəzərdə tutulan internet əsaslı mükəmməl öyrənmə platformasıdır. Platformanın əsas məqsədi bilik qazanma və tədqiqat bacarıqlarının inkişafına dəstək, həmçinin, yeni biliklərin təkmilləşdirilməsi üçün motivasiyanın artırılmasıdır.

Global Lab haqqında qısaca:

• 2011-ci ildə Böyük Britaniyada Dr. Boris Berenfeld tərəfindən yaradılmışdır.

• Əsas iş istiqaməti məlumatlar üzrə iş və təcrübə, şəbəkələşmiş əməkdaşlıq, elmi orijinallıq və layihə əsaslı tədqiqatlardır.

• Hazırda GlobalLab – ın 61 ölkədən 120 000-dən çox istifadəçisi, 1200-dən çox layihəsi var və 3 dildə istifadəsi mümkündür (ingilis, ispan və rus dilləri )

• Partnyorlar: UNESCO, İntel, Microsoft, Fourier, Globisens, Pasco, Netmo, EcoMedia və s. Həmçinin, ABŞ, Peru, İsrail, Böyük Britaniya, İtaliya və digər ölkələrlə təhsil sahəsində əməkdaşlıqlar mövcuddur.

• Virtual araşdırma mühiti, məlumatın və zənginləşdirilməsi texnologiyaları, məlumat mübadiləsi, internet vasitəsilə vizual məlumatarın birbaşa mənbədən toplanması, tədqiqat və sorğu məqsədləri üçün mükəmməl bulud əsaslı məlumat sistemi.

• Yeni təhsil kurikulumunun tələblərinə cavab verir.

Xidmətin üstünlükləri və dəyəri:

Məktəblər üçün:

• Tədqiqatların mərkəzləşdirilməsi və tənqidi düşüncənin formalaşması üçün vasitə

• Müxtəlif toplumlardan istifadə etməklə məlumatların əldə olunması və geniş məlumat bazasından istifadə

• Müəllimin işinin effektivliyinin analizi, şagirdlərin qiymətləndirilməsi üçün ölçmə vasitələri, monitorinq metodları və seçilmiş formatda hesabatların avtomatik hazırlanması

• Müəllimlərin, məktəblərin portfoliolarının hazırlanması və məktəblərin qiymətləndirilməsi

• Şagirdlərin öyrənmək üçün motivasiyasını artırmaq

• Platforma üçün minimal tələb – internetə çıxışın olması

• Metodiki və texniki dəstək

• Təhsil müəssisələri üçün şəxsi virtual platforma/icma

• Aparıcı metodistlər və alimlər tərəfindən vebinarlar

• İstənilən təhsil proqramı eləcə də lazım olduğu halda e-learning sistemi ilə inteqrasiya

• Təhsil prosesinin digər məlumat vasitələrinə inteqrasiyası (kompüter, internet, elektron ölçmə cihazları, elektron mikroskoplar və s.)

Valideynlər və məktəblilər üçün:

• Uşaqlarının karyerasını inkişaf etdirmələri üçün kiçik xidmət haqqı ödəməklə çox geniş öyrənmə imkanları verən ünsiyyət mühiti

• Fənnlərarası əlaqəli bilik və bacarıqların mənimsənilməsi

• Həyat təcrübəsinə əsaslanan problemləri həlletmə bacarığı

• Tədqiqat işləri və elmi tədqiqat bacarıqlarının formalaşması

• Komanda ilə iş üzrə vərdiş və bacarıqların formalaşdırılması

• Həmfikir insanları tapma və ünsiyyət imkanı

• Elmi mövzuların müzakirəsi

• Şəxsi portfolio

Müəllimlər üçün:

• Mövcud infrastrukturdan istifadə etməklə hazır tədqiqat layihələri

• Təhsil üçün ixtisaslaşmış xüsusi sosial şəbəkə,

• Öyrənmə prosesində müvafiq real həyat həyat təcrübəsinin tətbiqi

• Məsləhətçilər və professorlar tərəfindən dəstək və pedaqoji biliklər əsasında birgə tədqiqat işlərinin aparılması

• Professional metodistlər tərəfindən vebinarlar

• Aparıcı mütəxəssislər tərəfindən təcrübə və nəzəri biliklər əsasında hazırlanmış metodiki materiallar

Mövcud lisenziya

“Fərdi” tarif paketi yalnız 1 nəfər məktəbli və ya pedaqoq üçün nəzərdə tutulub. Paketin imkanları:

• İctimai və şəxsi layihələrin həyata keçirilməsi

• Şəxsi profilin idarə olunması və redaktəsi

• Mütəxəssislər tərəfindən konsultasiya: vebinarlar, fərdi konsultasiyalar, layihələrin həyata keçirilməsində dəstək

• İştirakı təsdiqləyən sertifikat və diplom

• Qrupunuz üçün xüsusi layihələr

• Layihələrin yekun nəticələrinin təhlili

“Qrup” tarif paketi təhsil müəssisəsi və sinif üçün nəzərdə tutulub. Paketin imkanları:

• Sinif üzrə 30, məktəb üzrə 500 iştirakçının qoşulma imkanı

• Şəxsi virtual platforma: məktəb, sinif və kollektivin tədqiqat nailiyyətləri portfeli

• İştirakçıların aktivliyini izləmə: Şagirdlərin reytinqi və pedaqoqların işinin effektivliyi

• Mütəxəssislər tərəfindən konsultasiya: vebinarlar, fərdi konsultasiyalar, layihələrin həyata keçirilməsində dəstək

• İştirakı təsdiqləyən sertifikat və diplom

• Şəxsi profilin idarə olunması və redaktəsi

• Çoxlu sayda layihələrin təşkil olunması

• Qrupunuz üçün xüsusi layihələr

• Layihələrin yekun nəticələrinin təhlili

Əlavə məlumat üçün: www.globallab.org

Əvvələ