Məzmunun hazırlanması

ITEnin tərtib etdiyi bütün məzmunlar beynəlxalq səviyyədə tanınan standartlar, o cümlədən “21-ci əsr üçün tərəfdaşlıq” (“Partnership for XXI Century”), UNESCO-nun IITE (“UNESCO Institute for Information Technologies in Education”) standartları bazasında tərtib edilmişdir.
Müxtəlif həcmli layihələrin icrası istiqamətində fəaliyyət göstərən “məzmunun inkişafı heyəti” öz sahələri üzrə dərin biliklərə malik mütəxəssislər, təcrübəli müəllimlər və təlimçilərdən ibarətdir.