Tədqiqat və məsləhət

ITE əlavə təhsil mərkəzi tədqiqat və təhsil islahatları layihələrini aparıcı beynəlxalq təcrübə əsasında yerinə yetirir.
Mərkəzimiz tədqiqatçılara yerli və beynəlxalq institutların resurslarına çıxış imkanları təqdim edir, strateji əhəmiyyəti olan sahələrdə aparılan araşdırmalara dəstək olur.
ITE əlavə təhsil mərkəzi hökumət və ictimai sektorun digər təşkilatları üçün təhsil islahatları və ən qabaqcıl beynəlxalq təcrübələr istiqamətlərində məsləhət xidmətlərini təqdim edir.
Mərkəzin məsləhət xidmətləri kurikulumun inkişafı, təhsil siyasətinin hazırlanmasına dəstək, ehtiyacların müəyyən olunmasını, qiymətləndirməni, müasir tədris texnologiyasının inteqrasiyasını və digər komponentləri əhatə edir.
Mərkəz təhsil sahəsi üzrə geniş təcrübəsi ilə bölüşmək məqsədilə dərin təhlilə əsaslanan araşdırma sənədləri (“white paper”) hazırlayır. Təhlillərimizi dövlət, özəl və beynəlxalq qurumlarla bölüşürük.
ITE hesabatları faydalı, müstəqil, dolğun olmaqla hərtərəfli təhlilləri və ekspert tövsiyələrini daxil edir. Təhlil sahəsində əməkdaşlıq üçün bizə müraciət etməyinizi Sizdən xahiş edirik.