Akademiya haqqında

Haqqımızda

Cisco Şəbəkə Akademiyası gələcəyin iş qüvvəsini formalaşdırır.


1997-ci ildə əsası qoyulmuş Cisco Şəbəkə Akademiyası dünyanın 170-dən çox ölkəsində 9000-dən artıq Şəbəkə Akademiyasını özündə cəmləşdirir. Yarandığı tarixdən bugünədək ümumilikdə, 5.5 milyon istifadəçisi olan Cisco Şəbəkə Akademiyası İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsi üzrə peşəkar mütəxəssislərin yetişdirilməsində mühüm rola malikdir. Akademiyada tədris olunan kurslar vasitəsilə siz, yeni şəbəkələri, təhlükəsizlik və bulud texnologiyalarının nəzəriyyəsini öyrənmiş olacaq, eyni zamanda, praktiki laboratoriyalarda modelləşdirmə vasitələrindən istifadə etməklə biliklərinizi real təcrübədə tətbiq edəcəksiniz. İTE Əlavə Təhsil Mərkəzinin nəzdində yaradılmış rəsmi Cisco Şəbəkə Akademiyası sizə, İT karyeranız üçün lazım ola biləcək ilkin və peşəkar səviyyəli bilik, bacarıq və həmçinin təcrübə mühiti təklif edir. Belə ki, dərslər Cisco Şəbəkə Akademiyası tərəfindən təsdiqlənmiş kurikuluma əsasən peşəkar, sertifikatlı mütəxəssislər tərəfindən keçirilir. Akademiya tələbələri təqdim olunan materiallardan, təlimatçının köməyindən, real və simulyativ təcrübə alətlərindən istifadə etməklə nəzəri biliklər və laboratoriya işləri əsasında imtahana hazırlaşırlar. İmtahanı uğurla keçən tələbələr bütün dünyada tanınan Cisco Şəbəkə Akademiyasının sertifikatına sahib olurlar ki, bu da onlar üçün sonsuz sayda karyera imkanları yaratmış olur.


Şəbəkə Akademiyası rəqəmlərlə

1997-ci ildən bəri 6 milyondan çox insanın İT üzrə ixtisaslaşmasına dəstək göstərmişik.

1 milyon+

illik ümumi tələbə sayı

20,000+

ümumi təlimçi sayı

9500+

dünya üzrə akademiya sayı

155 milyon+

ümumi onlayn imtahan sayı