Müəllimlərin peşəkar inkişafı və kurikulum təlimləri

"İTE – Təhsildə İnnovativ Texnologiyalar" əlavə təhsil mərkəzi təhsil sahəsində geniş təcrübəyə malik əlavə təhsil mərkəzidir. Müəllimlərin davamlı peşəkar inkişafı ilə məşğul olan müəssisə kimi, "İTE" əlavə təhsil mərkəzi daim müəllimlərin peşəkar inkişaf ehtiyaclarını qiymətləndirir, beynəlxalq kontekstdə mövcud və cərəyan edən innovasiyaları öyrənir və müvafiq adaptasiyadan sonra Azərbaycana gətirir. Azərbaycan təhsil siyasətinə dəstək göstərən təhsil mərkəzimizin peşəkar komandası səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılması, kurikulumların inkişafı, təhsilverənlərin fəaliyyətinin təkmilləşdirilməsində geniş təcrübəyə malikdir. İTE təhsilverənlərə müasir tədris metodlarının öyrədilməsi istiqamətində qabaqcıl dünya təcrübəsinin araşdırılması, tədqiqatların aparılması, təhlil olunmasında geniş miqyaslı fəaliyyətlər həyata keçirməklə Təhsil İslahatı Proqramını (TİP) dəstəkləyir. Beynəlxalq təcrübəni yerli təhsil şəraitinə uyğunlaşdırmaqla professional məsləhətçi xidmətləri təklif edən ITE müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrların hazırlanması üzrə ekspertiza sahəsində də fəaliyyət göstərir. Müəllimlərin peşəkar inkişafı istiqaməti üzrə təklif etdiyimiz təlimlərin yekununda pedaqoji heyət tədrisə daha yaradıcı yanaşmağı öyrənəcək, layihə metodikasını mənimsəyəcək və şagirdlərdə yüksək düşüncə vərdişlərinin formalaşdırılması vasitələri ilə tanış olacaqlar. Azərbaycanda 2009-2016-cı illər həyata keçirilməsi planlaşdırılan Təhsil İslahatı Proqramı (TİP) çərçivəsində Azərbaycanda bir çox layihələr həyata keçirilmişdir. Ümumi təhsil üzrə kurikulumun icrasına dəstək və kurikulum islahatlarının davam etdirilməsi istiqamətində müəllimlər, şagirdlər və təhsil rəhbərləri ibtidai və orta təhsildə yeni kurikulumun icrasına uğurla cəlb edilmiş, yeni təlim materialları hazırlanmış, məktəb kitabxanaları inkişaf etdirilmişdir. Şagirdlərin maraq və tələbatına uyğun fəal təlim mühitinin təşkil olunması və beynəlxalq təcrübəyə əsaslanan yeni dərs modellərinin qurulması müasir kurikulumun əsas tələblərindəndir. Kurikulum və qiymətləndirmə istiqaməti üzrə təklif etdiyimiz təlimlərin yekununda müəllimlər ən yeni kurikulum strukturunu və tərkibini, müasir qiymətləndirmənin əsaslarını və onun ənənəvi qiymətləndirmədən fərqini öyrənəcək.  
Qeyd edək ki, "İTE-Təhsildə İnnovativ Texnologiyalar" əlavə təhsil mərkəzi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən lisenziyalaşdırılmışdır. Təlim iştirakçılarına təlimin yekununda kursu müvəffəqiyyətlə bitirmələrini təsdiq edən sertifikat da təqdim olunur.

Müəllimlərin peşəkar inkişafı və kurikulum istiqaməti üzrə təklif etdiyimiz təlimlərin siyahısı və onlar haqqında ətraflı məlumat aşağıda göstərilmişdir.


Qalereya