Müəllimlər üçün İKT təlimləri

Hal-hazırda məktəblər və müəllimlər şagirdləri indiki dövrdə rahat yaşamaları üçün müasir həyata hazırlamalıdırlar. Bu məqsədlə də şagirdlərdə müasir bacarıqlar, sərbəst düşünmə tərzi və məqsədə çatmaq üçün müasir texnika və texnologiyadan düzgün istifadə bacarıqları inkişaf etdirilməlidir. Elə bu baxımdan pedaqoji heyətin İKT savadlılığının artırılmasına yönəlmiş təlimlərin böyük əhəmiyyəti vardır. Belə təlimlərin keçirilməsində məqsəd, fənn kurikulumlarının tətbiqinin effektivliyini yüksəltmək üçün müəllimlərin nəzəri və praktik bacarıqlarının, həmçinin informasiya texnologiyaları üzrə biliklərinin artırılmasıdır.

Təlimə müraciət edən pedaqoji heyətin ilkin səviyyəsi müəyyənləşdirildikdən sonra onların ehtiyacına və İKT-dən istifadə bacarığına uyğun olaraq I (ilkin), II (orta) və ya III (yüksək) səviyyə təlim paketi təqdim olunur. Bu təlimlərdən əlavə müəllimlər üçün elektron məktəb, Promethean interaktiv lövhələrdən istifadə təlimləri də təklif edilir.

Bu təlimlər boyu pedaqoji heyət məktəblərdə mövcud olan İnformasiya Texnologiyalarından istifadə bacarığına yiyələnir, fəal təlim mühitində tədris prosesini daha maraqlı və şagirdlərin maraqlarına uyğun qurulması üçün kompüterin tətbiqi proqramları və resursların hazırlanması üçün faydalı ola biləcək digər proqramlarından istifadə etməyi öyrənir, eyni zamanda internetin tədrisdə imkanları və Veb 2.0 alətləri ilə tanış olur.

Təlimlərin sonunda müəllimlər İnformasiya Texnologiyalarından istifadə etməklə 21-ci əsrin tələblərinə uyğun dərslər quraraq, şagirdlərin tədris prosesinə olan maraqlarını daha da artırmağa, onlarda müasir kompetensiyalar formalaşdırmağa nail olacaqlar.

İKT üzrə təqdim olunan təlimlər zamanı müəllimlər aşağıdakı bacarıqlara yiyələnirlər:

• Təhsildə informasiya və kommunikasiya texnologiyalarından məqsədəuyğun istifadə  
• Dərsləri şagirdlərin maraq və təlabatına uyğun qurmaq bacarığı  
• Promethean interaktiv lövhənin Activinspire proqram təminatından tam səviyyəli istifadəçi kimi istifadə bacarığı  
• Əməliyyat sistemləri ilə tanışlıq, Əməliyyat sisteminin standart proqramlarından istifadə etməklə kompüterdən səmərəli istifadə vərdişləri  
• Elektron testlərin, cədvəllərin iş vərəqlərinin, təqdimatların hazırlanma mexanizmlərini öyrənərək İKT-nin təhsilə tətbiqi və eyni zamanda vaxta qənaət  
• Sertifikatlar, broşurlar, diplomlar hazırlama bacarıqlarını mənimsəyərək şagirdləri stimullaşdırmaq imkanı  
• Elektron poçt xidmətindən istifadə  
• Fənlər üzrə müxtəlif interaktiv elektorn resursların hazırlanması  
   
İKT üzrə təklif etdiyimiz təlimlərin siyahısı və onlar haqqında ətraflı məlumat aşağıda göstərilmişdir.