“Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi (İTE) tərəfindən təklif olunan ixtisasartırma təlimləri araşdırmalara arxalanan məzmun, yüksək səviyyəli təlim metodları və ən son trendlər və texnologiyaları özündə birləşdirir. Təklif etdiyimiz təlim proqramları tədris prosesinin bir çox məqamlarını əhatə edir. Təlimdən sonra müəllimlər Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən təşkil olunan imtahandan keçəcəklər. İmtahandan uğurla keçən müəllimlərə dövlət nömrə nişanlı, TİPİİ tərəfindən təsdiq olunan sertifikat veriləcək. Təlimlərlə bu bölmədən tanış ola bilərsiniz. Həmin təlimlərin tarixi, qiyməti, təsviri barədə ətraflı məlumatı əldə edə, həmçinin təlimlər üçün qeydiyyatdan keçə bilərsiniz.
Tədqiqat
ITE əlavə təhsil mərkəzi tədqiqat və təhsil islahatları layihələrini aparıcı beynəlxalq təcrübə əsasında yerinə yetirir. Mərkəzimiz tədqiqatçılara yerli və beynəlxalq institutların resurslarına çıxış imkanları təqdim edir, strateji əhəmiyyəti olan sahələrdə aparılan araşdırmalara dəstək olur.
“Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi (ITE) hökumət və ictimai sektorun digər təşkilatları üçün təhsil islahatları və ən qabaqcıl beynəlxalq təcrübələr istiqamətlərində məsləhət xidmətlərini təqdim edir. Mərkəzin məsləhət xidmətləri kurikulumun inkişafı, təhsil siyasətinin hazırlanmasına dəstək, ehtiyacların müəyyən olunmasını, qiymətləndirməni, müasir tədris texnologiyasının inteqrasiyasını və digər komponentləri əhatə edir.
ITE təhsil sahəsi üzrə geniş təcrübəsi ilə bölüşmək məqsədilə dərin təhlilə əsaslanan araşdırma sənədləri (“white paper”) hazırlayır. Təhlillərimizi dövlət, özəl və beynəlxalq qurumlarla bölüşürük. ITE hesabatları faydalı, müstəqil, dolğun olmaqla hərtərəfli təhlilləri və ekspert tövsiyələrini daxil edir.
Sizin qurumunuz üçün maraqlı olan sahədə tədqiqat xidmətlərin aparılmasına marağınız olduğu halda aşağdakımüraciət formasını doldurub, “Göndər” düyməsinə basmağınız kifayətdir. Bizim mütəxəssislər Sizinlə qısa zamanda əlaqə saxlayacaqlar.
Sertifikatlaşdırma
“Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi (İTE) sürətlə dəyişən dövrün tələblərini qarşılamaq məqsədi ilə tədris müəssisələrində çalışan pedaqoji heyətə sertifikatlaşdırma xidmətini təqdim edir. Mərkəzimiz vasitəsilə aşağıdakı sertifikatlaşdırma imtahanlarına yazıla bilərsiniz
Metodik dəstək
Yaşadığımız informasiya cəmiyyətində pedaqoji sahənin inkişafı peşəkar keyfiyyətin yüksəldilməsi, xüsusilə pedaqoji fəaliyyətin yeni metodlarla düzgün təşkilindən çox asılıdır. Metodiki dəstək xidməti pedaqoji işçilərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə onların işini dövrün tələbinə uyğun istiqamətləndirir, metodik köməklik göstərir. Pedaqoji işçilər üçün kurslar, onlayn/distant treninqlər təşkil edilir, pedaqoji işin müxtəlif sahələri üzrə metodik vəsaitlər hazırlanıb saytda paylaşılır.
Xüsusi Proqram
Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi (İTE) tərəfindən təklif olunan açıq təlim proqramları araşdırmalara söykənən məzmun, yüksək səviyyəli təlim metodları və ən son trendlər və texnologiyaları özündə birləşdirir. Təklif etdiyimiz təlim proqramlarının əksəriyyəti dünya səviyyəsində tanınmış təhsil müəssisələri və korporasiyalarla əməkdaşlıq çərçivəsində ərsəyə gəlmişdir. Əgər öz istədiyinizi bizim digər təlim və xidmətlərdə tapa bilməmisinizsə, “Xüsusi Proqram” xidmətimizdən yararlana bilərsiniz. Aşağıdakı xidməti seçərək formanı doldurun və öz istəyinizi bizə bildirin.
Mentorluq
Mentorluq – insanların könüllü, şüurlu və planlı şəkildə daxil olduqları öyrənmə və şəxsi inkişaf prosesidir. Həyatlarında müsbət dəyişikliklərə qərar verən insanlar yüksəlmək istədikləri inkişaf pillələrinə çatmaq üçün mentora müraciət edir. Mentorun əsas məqsədi – bu xidməti alan şəxslərin (müəllimlər, təhsil menecerləri, tələbələr, şagirdlər və digər pedaqoji kadrlar) potensialının kəşf olunması, özünəinamının və motivasiyasının artırılması, bacarıq və imkanlarının inkişaf etdirilməsi, ona mane olan sərhədlərin və sədlərin yıxılaraq, performansının maksimuma çatdırılmasıdır. Mentorluq prosesinə daxil olan şəxslər qısa, orta və uzun müddətli mentorluq xidmətindən yararlanaraq həyatlarının, gələcəklərinin, düşüncə, davranış və addımlarının məsuliyyətini öz üzərinə götürərək, daha böyük özünəinam və həvəslə şəxsi karyeralarında nizam-intizam yaratmağa başlayırlar.