Harbour Space Universiteti və ITE-nin Birgə Proqramları
Harbour Space Universiteti İspaniyanın Barselona şəhərində yerləşən, öz ixtisas sahəsində dünya lideri olan müəllimlər tərəfindən tədris olunan sahibkarlıq, texnologiya və dizayn kimi sahələri özündə birləşdirən innovativ özəl universitetdir. Universitet iştirakçılara mənalı və yüksək səviyyəli professional gələcək bəxş etmək məqsədi daşıyan qabaqcıl bakalavr, magistr və idarəetmə proqramları təklif edir.
Cisco Şəbəkə Akademiyası
1997-ci ildə əsası qoyulmuş Cisco Şəbəkə Akademiyası dünyanın 170-dən çox ölkəsində 9000-dən artıq Şəbəkə Akademiyasını özündə cəmləşdirir. Yarandığı tarixdən bugünədək ümumilikdə, 5.5 milyon istifadəçisi olan Cisco Şəbəkə Akademiyası İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsi üzrə peşəkar mütəxəssislərin yetişdirilməsində mühüm rola malikdir.
Riqa Stokholm İqtisadiyyat Məktəbi və - ITE-nin birgə proqramları
Riqa Stokholm İqtisadiyyat Məktəbinin (SSE Riga) əsas missiyası iqtisadiyyat və biznes sahəsində ən yüksək inkişaf səviyyəsinə malik təhsil təmin etməkdir ki, bu da öz növbəsində regionun iqtisadi və sosial inkişafına öz töhfəsini verir. Riqa Stokholm İqtisadiyyat Məktəbi - tədris kurslarının böyük əksəriyyətinin konkret situasiyaların təhlili metoduna əsaslanan, dinamik və beynəlxalq tədris mühitinə malik bir məktəbdir. Bu günə kimi 1800-dən çox tələbə Riqa Stokholm İqtisadiyyat Məktəbini bitirmişdir ki, onların da əksəriyyəti yüksək idarəetmə postlarında çalışır və ya öz şəxsi bizneslərini idarə edirlər. Financial Times qəzetinin təqdim etdiyi Avropanın biznes məktəblərinin reytinq cədvəlində Riqa Stokholm İqtisadiyyat Məktəbi Avropanın biznes məktəbləri arasında 28-ci yeri tutmuşdur.