Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi (ITE) fəaliyyət göstərdiyi cəmiyyət, o cümlədən tərəfdaşları qarşısında sosial məsuliyyətini dərk edir və əsas fəaliyyəti ilə yanaşı fərdlərə və cəmiyyətə faydalı olmağa çalışır. Azərbaycanın aparıcı əlavə təhsil mərkəzlərindən biri olan ITE hər bir təşkilatın cəmiyyətə töhfə verən, faydalı sosial tərəfdaş olmasının zəruriliyinə inanır və aparıcı yerli və xarici mütəxəssislərin iştirakı ilə seminarlar, dəyirmi masalar və digər sosial yönümlü tədbirlər təşkil etməklə bu inamı dəstəkləyir. ITE-nin ən vacib resursu olan insan resursları mərkəzimizin idarəetmə strategiyasının əsas dayağıdır. Tərəfdaşlarımız, bizim simamız olan təlimçilərimiz, ITE əməkdaşları bizim üçün ən dəyərli resursdur. ITE fəaliyyətində öz Davranış Kodeksini rəhbər tutur. Bu Kodeksin əsas prinsipi yerinə yetirdiyimiz hər bir işdə dürüstlük və yüksək etik normalara riayət etməkdir. ITE-nin hər bir əməkdaşı gündəlik fəaliyyətində Kodeksdə nəzərdə tutulmuş davranışları nümayiş etdirməlidir.
Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi olaraq biz öz işimizdə başlıca korporativ dəyərləri rəhbər tuturuq: