Bu nömrəyə müraciət edin
ƏLAQƏ NÖMRƏSİ : +994 (12) 530 82 95
Mob: :+994 (50) 250 1415
Niyə biz?

     Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi 2012-ci ildə təsis edilib. Bizim şüarımız: kadr potensialının gücləndirilməsi vasitəsilə təhsilin transformasiyası və inkişafıdır.

       Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinə müraciət etməyiniz üçün dörd başlıca səbəb vardır.

  1. Böyük və peşəkar təlimçi bazası. ITE Azərbaycanda 100-dən çox peşəkar təlimçinin daxil olduğu geniş şəbəkə bazasında fəaliyyət göstərən təhsil mərkəzidir. Əməkdaşlıq etdiyimiz bütün təlimçilərimiz pedaqoji təcrübəyə və müvafiq fəaliyyət göstərdikləri sahələrdə müvafiq sertifikasiyaya malikdirlər. ITE-nin təlimçi şəbəkəsi Azərbaycanın bütün rayonlarını əhatə edir. Bu üstünlüyümüz bizə əlavə təhsil xidmətlərini əlçatan və yüksək səviyyədə təşkil etməyə imkan verir.
  2. Beynəlxalq təcrübə və yeni tədris texnologiyalardan istifadə. ITE Azərbaycan təhsil sahəsində fəaliyyət göstərən, beynəlxalq təcrübə və yeni tədris texnologiyaları tətbiq edərək, təlim üsulları tərtib edən və peşəkar formatda təlimlər keçirən əlavə təhsil mərkəzidir.
  3. Aparıcı yerli və beynəlxalq qurumlarla əməkdaşlıq. ITE Azərbaycan Respublikası Təhsil Nazirliyi, Dünya Bankı, YUNESKO, Microsoft və Intel korporasiyaları, Böyük Britaniya, İsveç, ABŞ, Latviya, İspaniya və digər ölkələrin aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq edən qurumdur.
  4. Rəsmi dövlət lisenziyası əsasında fəaliyyət göstərən qurum. Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən İxtisasartırma, stajkeçmə və kadrların təkmilləşdirilməsi istiqamətləri üzrə fəaliyyəti üçün 085193 nömrəli lisenziya verilmiş və  27 fevral 2016-cı il tarixdən etibarən lisenziya müddətsiz olaraq uzadılmışdır. Beləliklə, ITE tərəfindən verilən sertifikatlar dövlət nümunəli sənəd kimi qiymətləndirilir.