Bu nömrəyə müraciət edin
ƏLAQƏ NÖMRƏSİ : +994 (12) 530 82 95
Mob: :+994 (50) 250 1415

Müasir təxəyyülyönümlü təlim üsullarının tətbiqi

Təlim haqqında

Təhsil sistemində geniş yer alan və tətbiq edilən məntiqi təfəkkür baş beynin yalnız sol yarımkürəsini inkişaf etdirirsə, təxəyyül üsulları eyni zamanda həm sağ, həm də sol yarımkürələrin balanslı inkişafını təmin edir. Beləliklə, təxəyyül üsulları məntiqi-analitik təfəkkürlə obrazlı-yaradıcı təxəyyülü özündə birləşdirir. Təxəyyülü inkişaf etdirən üsulların tətbiqi nəticəsində aşağıdakılar təşəkkül tapır:

  1. Həlli yolu “mövcud olmayan” məsələlərin həlli;
  2. İstənilən məsələyə aid yeni prinsipial həll yollarının tapılması;
  3. Öncədən görmə;
  4. Dahiyanə fikirlərin generasiyası;
  5. Ani tapıntı;
  6. İnsayt;
  7. Yeni məhsulun yaranmasına səbəb olacaq intuisiyanın inkişafı.

Təlimdən gözlənən nəticə

Müdavimlər:

  1. Təlim və tədris mühiti yaradılmasının yollarını şərh edəcək, inkişafetdirici mühitin növlərini: əşyavi mühit, informasiya mühiti, sosial-psixoloji mühit haqqında bilkilərini xatırlayacaq, praktik olaraq nümunələrində təqdim edəcəklər.
  2. Təfəkkürün növləri və onların inkişafı yollarını izah edəcək, taksonomiyalar və müasir inkişaf nəzəriyyələrini, konstruktiv təlim və tədris modelləri şərh edəcəklər.
  3. Təxəyyülü inkişaf etdirən, zehni prosesləri əyaniləşdirən, sürətli düşünmə vərdişi formalaşdıran üsulları tədris prosesində tətbiq edəcəklər.
  4. Təxəyyülyönümlü üsulların tətbiqi ilə şagirdlərdə müasir dövrün tələblərinə cavab verən bacarıq, vərdiş, dəyər və şəriştələr formalaşdırmağın yollarını öyrənəcəklər.

Təlimdə əldə etdiyiniz bilik və bacarıqlarınızı əks etdirən sertifikat

TİPİİ və İTE-nin birgə serfikatı:

  1. Rəsmi olaraq təsdiq olunmuş
    Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun sertifikatı sizə karyeranızda irəli getmək üçün vacib olan kredit sayını rəsmi olaraq təsdiq edəcək.

  2. SV-nizi fərqləndirir
    Sertifikatı SV-nizdə qeyd edərək başqa namizədlərdən seçilə bilərsiniz. 

  3. Kursu bitirmək üçün sizdə motivasiya yaradır
    Daha bir kursu bitirmək üçün özünüzə stimul verə biləcəksiniz.





 

 

36 akademik saat

7 gün (gündə 4 saat)

6

Əyani

Azərbaycan

Bakı, Azərbaycan

80 AZN

orta məktəb, kollec, ali məktəb müəllimləri