Bu nömrəyə müraciət edin
ƏLAQƏ NÖMRƏSİ : +994 (12) 530 82 95
Mob: :+994 (50) 250 1415

Veb.2 alətlərinin təhsildə istifadəsi

Təlim haqqında

XXI əsrin bacarıqlarına malik mütəxəssislərin formalaşdırılması istiqamətində qarşımızda duran əsas vəzifələrdən biri də yeni informasiya texnologiyalarının təhsilə vaxtında və səmərəli tətbiqidir. Son dövrlərdə respublikamızda İKT-nin təhsilə tətbiqi istiqamətində təhsilin keyfiyyətinin daha da artırılmasına çox böyük önəm verilir. Bu gün bu istiqamətdə kifayət qədər normativ hüquqi baza hazırlanmış, təhsilin informasiyalaşdırılması ilə əlaqədar əsas prioritetlər və hədəflər müəyyənləşdirilmiş, nəzərdə tutulan tədbirlərin bir çoxu tam həyata keçirilmişdir. Hazırda isə məktəblərin İKT avadanlığı, o cümlədən kompüter, noutbuk, interaktiv lövhələr ilə təchizatı uğurla davam etdirilir. Texniki avadanlıqlarla təchiz olunmuş sinif otaqlarında tədrisin müasir tələblərə uyğun aparılması, dərslərin şagirdlərin maraqlarına cavab verməsi və mövzuların öyrənilməsi üçün daha çox informasiya mənbələrinə çıxışın olması zəruridir. İnformasiya mənbələrinə çıxışı təmin etmək məqsədilə internet xidmətlərindən istifadə edən müəllim, eyni zamanda şagirdlərində də internetdən səmərəli istifadə üzrə bacarıqlar formalaşdırmış olacaqdır.

Ümumilikdə internetin imkanları bununla məhdudlaşmır. İnternetin təhsil üçün əsas alətlərindən biri sayılan Veb 2.0 alətləri istifadəçilərin öz maraq və ehtiyaclarına uyğun məzmun yaratmaları üçün olduqca əlverişli imkanlar yaradır. Burada təbii ki, müxtəlif sahələrin insanları bu imkanlardan müxtəlif məqsədlər üçün istifadə edir. Bu baxımdan Veb 2.0 alətlərinin tədris üçün faydalı ola biləcək imkanlarını araşdırıb, bundan məqsədli şəkildə istifadə etmək müəllimlərə sinif otağında interaktiv, dinamik bir təlim mühiti yaratmağa imkan verməklə yanaşı şagirdlərdə dərsə marağın yüksəlməsinə öz töhfəsini verəcəkdir. Məktəblərdə Veb 2.0-nin imkanlarından istifadə etməklə, siz həm də uzun vaxt və zəhmət tələb edən imtahan vasitələrinin hazırlanmasını əvəz edən onlayn qiymətləndirmədən istifadə edə bilərsiniz. Bu, eyni zamanda sizə müəyyən qədər vəsaitinizə də qənaət etməyə, imtahan nəticələrinin tək-tək yoxlanması kimi uzun bir prosesdən azad olmağa imkan verəcəkdir. Bu alətlərlərin imkanları tək bununla məhdudlaşmır. Həmçinin, Veb 2.0 alətlər vasitəsilə siz onlayn testlər, krassvordlar, effektli videoçarxlar da hazırlaya bilərsiniz.

Təlimdən gözlənən nəticə

Təlim iştirakçıları:

  1. Veb 1.0 və Veb 2.0 anlayışılarını bir-birindən fərqləndirirlər;
  2. Tədris prosesi üçün faydalı Veb 2.0 alətlərini sadalayır və onların dərsdə əhəmiyyətini izah edirlər;
  3. Veb 2 alətlərindən (Kahoot.it, Banktestov.ru,  org, Animoto, Empressr, Glogster, ProProfs, Wikimapia, Panoramio, Fotoservis Picasa, Mixbook, Jigzone, Prezi, Photograph Puzzle, Slideshare, Powtoon, Titanpad.com, Crosswordlabs və s. alətlərindən) istifadə etməklə interaktiv testlər, oyunlar, cavabların analiz imkanını əks etdirən interaktiv tapşırıqlar, yarışmalar, viktorinalar, müxtəlif məzmunlu videofilm və təqdimatlar hazırlayırlar;
  4. Fikir mübadiləsinin aparılması və hazırladıqları resursların bazasının yaradılması məqsədilə bloq yaradırlar.

Təlimdə əldə etdiyiniz bilik və bacarıqlarınızı əks etdirən sertifikat

TİPİİ və İTE-nin birgə serfikatı:

  1. Rəsmi olaraq təsdiq olunmuş
    Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun sertifikatı sizə karyeranızda irəli getmək üçün vacib olan kredit sayını rəsmi olaraq təsdiq edəcək.

  2. SV-nizi fərqləndirir
    Sertifikatı SV-nizdə qeyd edərək başqa namizədlərdən seçilə bilərsiniz. 

  3. Kursu bitirmək üçün sizdə motivasiya yaradır
    Daha bir kursu bitirmək üçün özünüzə stimul verə biləcəksiniz.





 

36 akademik saat

7 gün (gündə 4 saat)

6

Əyani

Azərbaycan

Bakı, Azərbaycan

70 AZN

orta məktəb, kollec, ali məktəbin pedaqoji və inzibati-idarəetmə heyəti